Namaz dinin sütunudur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 307
Səs ver:
(səs: 4)
Günahın zəncirlərini qıran əməli tanıyaq
İslam dini bizləri daima səadətə tərəf hidayət edir. Ona görə də Allah biz müsəlmanlara sonuncu Peyğəmbərini (s) göndərdi və bizləri hər cür şirkdən, xürafatdan, hər növ çirkinlikdən xilas etdi.
İslam dininin ən gözəl göstərişlərindən biri namazdır. Namaz – dinin sütunudur. Əgər namazımız qəbul olarsa, başqa əməllərimiz də qəbul olar. Əgər namazımız qəbul olmazsa, başqa əməllərimizin də qəbul olması mümkün deyildir.
O zaman ki, insan ibadətin cazibəsindən və gözəlliyindən, xüsusilə də namazın dinin sütunu olmasından agah olur, çalışır ki, onu ən gözəl şəkildə yerinə yetirsin. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Namaz bir bulağa bənzəyir ki, insan gündə beş dəfə orada yuyunar. Artıq çirki qalmaz". Həzrət (s) başqa yerdə buyurur: "Mənim gözümün nur və aydınlığı namazdır".
İmam Əli (ə) buyurur: "İnsanlar namazı öhdələrinə götürsünlər və onu qorusunlar. Çoxlu namaz qılsınlar, namaz vasitəsilə özlərini Allaha yaxınlaşdırsınlar. Həqiqətən, namaz günahları payız yarpaqları kimi tökər və günahın zəncirlərini boyunlardan açar".
İmam Sadiq (ə) buyurur: "Hər kim beş vacib namazı qılar və vaxtına nəzarət edər, Allahı Qiyamət günü o halda görər ki, ona Allah tərəfindən əhd olar. Allah onu bu əhdə görə behiştə aparar. Hər kim namazı vaxtında qılmazsa, Allah istəsə onu bağışlayar və istəsə əzab verər".
O zaman ki, Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət edir. onun ilk əmri məscid tikmək idi. O, bu məsciddə bəndəlik etməklə yanaşı, həm də insanlara təlim və tərbiyə verirdi. Məscid həm siyasi və həm də məhkəmə xarakteri daşıyırdı.
Məscid inşa etmək müsəlmanları birləşdirdi və bir parça halına saldı. Müsəlmanlar beş vacib namzlarını qılmaq üçün məscidə gəlir və bir-biri ilə din qardaşı olurdular. Onlar Peyğəmbərin (s) təlimlərinə qulaq asır və ona əməl edirdilər.
İmam Əli (ə) dəfələrlə buyurmuşdu: "Hər kim məscidə gedib-gələr, bu səkkiz şeydən birini əldə edər: Allah yolunda bəhrələndiyi qardaşlıq, seçilmiş elm, möhkəm nişanə, intizarında olduğu rəhmət, onu yolunu azmaqdan çəkindirən söz, o söz ki, eşidər və onu haqq yoluna hidayət edər, günahı qorxu və ya əziyyət üzündən tərk edər".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin danışığı Quran və evi məscid olar, Allah ona behiştdə ev inşa edər".
Rəsuli-Əkrəm (s) buyurur: "Hər kim piyada məscidə gedər, ayağını heç bir yaş və qurunun üzərinə qoymamış yer yeddinci qatına qədər onun üçün Allahı təsbih edər və paklıqla yada salar".
İmam Sadiq (ə) buyurur: "Həqiqətən, camaat namazı fərdi qılınan namazdan 23 dərəcə üstündür və 25 namaz hesab olunar".
İslam tarixində ilk namazı Həzrət Peyğəmbər (s) qılmışdır ki, Yəqubi bu haqda yazır: "Ona vacib olan ilk namaz zöhr namazı idi. Cəbrayil (ə) gəldi və dəstəmaz almağı ona öyrətdi. Cəbrayilin (ə) aldığı dəstəmaz kimi Peyğəmbər (s) də dəstəmaz aldı. Sonra namaz qıldı ki, ona necə namaz qılmağını göstərsin. Sonra Peyğəmbər (s) namaz qıldı. Sonra Xədicə (s.ə) gəldi və o da dəstəmaz alıb namaz qıldı. Sonra Əli ibni Əbitalib (ə) gəldi və gördüklərini o da yerinə yetirdi".
Allah bizi həqiqi namaz qılanlardan qərar versin
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri