Mübarək "Yasin" surəsi ona görə Quranın qəlbi adlanır ki, bu surədə mühüm və əsas etiqad məsələlərinə toxunulmuşdur.
Cənab
Təbatəbai buyurur: "Bu surənin məqsədi dinin üç üsülunu bəyan etməkdir.
Əvvəl nübuvvətdən başlanır və insanların nübuvvəti qəbul edib və rədd
etməyindən bəhs edir. Buyurur ki, Haqq peyğəmbərlərinin dəvətinin
nəticəsi - insanlarn dirilməsidir. Əgər onlar səadət yolunda olsalar,
müxaliflərinə hüccəti tamam edərlər. Başqa sözlə desək, hər iki dəstəni
təkmil edər. Bir dəstəni səadət yolunda və o biri dəstəni isə bədbəxtlik
yolunda. Bu surə nübuvvət mövzusunu bəyan etdikdən sonra, tövhid
mövzusuna toxunur. Bir neçə ayə Allahın təkliyini və yeganə olduğunu
vurğulayır. Sonra isə məad mövzusuna toxunur. İnsanların Qiyamət günü
cəza almaq üçün dirçəldilməsi mövzusuna işarə edir. Günahkarların
təqvalılardan ayrılmasını bəyan edər və sonra da bu iki tayfanın halını
təsvir edər. Sonda isə əvvəlki mövzusuna ona görə qayıdar ki, üç üsulun
xülasəsini verər və dəlil gətirər. Bu dəlillərlə surəni sona çatdırar.
Bu surənin son ayələri - elmi cəhətdən ən üstün sayılan ayələrdir".
Səlim Əmirəl-möminindən (ə) nəql edir ki, buyurub: "Peyğəmbərin (s)
mübarək adı "Yasindir". Və biz o kəslərik ki, Allah buyurur: "Səlamun
əla Ali-Yasin! Yəni, Yasin nəslinə salam olsun!".
Hər bir Quran hərfi üçün bir mələk vardır, ancaq bu surənin hər bir
hərfi üçün 10 mələk mövcuddur ki, onu davamlı oxuyan insanı həmişə
qoruyar.
İmam Sadiq (ə) buyurur: "Yasin" surəsini övladlarınıza öyrədin, çünki o, Quranın xoş ətirli gülüdür".
Həzrət Peyğəmbər (s) buyurur: "Quran - Allahdan başqa hər şeydən
üstündür. Ona görə də o kəs ki, Qurana hörmət edər, hər an Allaha
Təalaya ehtiram və izzət qoymuşdur. Hər kim Qurana hörmətsizlik etsə,
əlbəttə onun haqqını dəyərsiz hesab etmişdir. Quranın hörməti - övladın
boynunda olan atanın hörməti kimidir. O kəs ki, Quranı eşidər - Allah
ondan dünya bəlalarını uzaq edər. Axirət bəlalarını isə Quran qarisindən
uzaq edər. Həqiqətən Allahın kitabında bir surə vardır ki, "Əziz"
adlanar və o surənin qarisi" Şərif" adlanar. Bu surə - "Yasindir". Ey
Əli! "Yasin" surəsini oxu ki, onda 10 bərəkət vardır:
1. Ac yatmaz məgər o halda ki, tox olar.
2. Susuz, məgər o halda ki, sirab olar.
3. Paltarsız məgər o halda ki, geyindirilər.
4. Subay, məgər o halda ki, evlənər.
5. Qorxan, məgər o halda ki, amanda olar.
6. Bağlı, məgər o halda ki, nicat tapar.
7. Xəstə, məgər o halda ki, sağalar.
8. Müsafir, məgər o halda ki, səfərdə yardım olunar.
9. Ölənin yanında oxunarsa, (günahları) azalar.
10. Hər kimin itmişi varsa, bu surəni oxuyaraq (itmişini) tapar".
Həzrət (s) başqa yerdə buyurur: "Mən istəyərdim ki, "Yasin" surəsi
ümmətimin hər bir insanının qəlbində olsun. O kəs ki, yeməyin az
olmasına görə bu surəni oxuyar, (yeməyində) bərəkət əmələ gələr. Nə
zaman ağır doğumu olan qadına oxunarsa, doğumu asanlaşar. Hər kim bu
surəni oxuyarsa, sanki Quranı 11 dəfə xətm etmiş olar".