Məfzəl
nəql edir ki, dostlarımla bir yerdə İmam Sadiqi (ə) görməyə gəlmişdik.
Evinin qapısına çatanda gördük ki, Həzrət (ə) danışır, ancaq ərəb
dilində deyildir. Ondan sonra da ağlamağa başladı və biz də Həzrətin (ə)
bu göz yaşlarına ağladıq. Bu zaman İmamın (ə) nökəri gəldi və bizi evə
dəvət etdi.
Biz Həzrətin (ə) xidmətinə gələndə hal-əhvaldan sonra ondan soruşduq ki, danışdıqları hansı dildə idi. İmam (ə) buyurdu:"Bəli,
mən İlyası (ə) xatırlamışdım ki, o, Bəni-İsrayilin abid
peyğəmbərlərindən idi. Onun səcdədə oxuduğu duanı oxudum". Sonra həmin
duanı bizim üçün süryani dilində oxudu və onu ərəb dilinə tərcümə etdi.
Dedi: "İlyas səcdədə belə dua edərdi: "Allahım! Həqiqətən Sənə elə baxım
ki, mənə əzab verəcəksən, halbuki isti günlərini Sənə xatir oruc
tutaraq susuzluq çəkmişəm? Sənə elə baxım ki, mənə əzab verəcəksən, o
halda ki, Sənin üçün üzümü səcdədə torpağa sürtmüşəm? Sənə elə baxım ki,
mənə əzab verəcəksən, halbuki Sənə xatir günahlardan uzaq olmuşam? Sənə
elə baxım ki, mənə əzab verəcəksən, o halda ki, hər gecə Sənin üçün
ibadət etmişəm?".
Allah İlyasa (ə) vəhy edir: "Başını səcdədən qaldır ki, sənə əzab verməyəcəyəm".
İlyas (ə) deyir: "Ey
böyük Allah! Əgər bu sözü dedin ki, sənə əzab verməyəcəyəm və sonra mənə
əzab versən, nə edim? Məgər belə deyildirmi ki, mən Sənin bəndən, Sən
də mənim Pərvərdigarımsan?".
Allah yenə vəhy edir: "Başını səcdədən qaldır ki, Mən sənə əzab verməyəcəyəm. Verdiyim vədəyə əməl edəcəyəm"".