Nifrin,
lənət və qarğış - ölmək üçün edilən pis dualardır. Quranda da lənət
sözünə rast gəlmək olur. Allahın lənət etməsinin mənası - kimisə Öz
rəhmətindən uzaq tutmasıdır, axirətdə beləsini əzab və cəza gözləyər.
Bəndələrin etdiyi nifrin isə başqasının ziyanı üçün dua etməkdir. (Tebyan)
Qurani-Kərimə nəzər salanda görmək olur ki, Allah Təala bəzi
insanları lənət edir. O cümlədən: "Əbu Ləhəbin hər iki əli kəsilsin,
ziyana uğrasın və ölüm olsun ona!". ("Məsəd" 1). "Allahın lənəti olsun zalımlara!". ("Hud"
18). "Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və
axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün
xaredici bir əzab hazırlamışdır". ("Əhzab" 57). "Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik". ("Maidə" 13).
İmam Sadiq (ə) buyurur: "Nə
zaman bir insan zülmə məruz qalarsa və zalımı lənət etməyə başlayarsa,
Allah Təala ona buyurar: "Necə ki, sən öz zalımına nifrin edirsən, başqa
birisi sənin zülmündən sənə nifrin edir"".
İmam Baqir (ə) buyurur: "O
zaman ki, qarğış və ya nifrin bir insanın ağzından çıxar, qarğış,
edənlə göndərdiyi insan arasında şəkk edər. Əgər həmin insan nifrinə
layiq olarsa, ona aid olar. Əgər olmazsa, sahibinə geri qayıdar".
İmam Sadiq (ə) buyurur: "Məzlumun lənətindən qorxun ki, məzlumun lənəti səmaya qalxar".
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Məzlumun
lənətindən qorxun, həqiqətən o, haqqını Allahdan istəyər. Allah ondan
da əzizdir ki, haqq istənilsin, məgər o halda ki, onu yerinə yetirsin".
Həyatımızda valideynlərimizə etdiyimiz hörmət və ya kobudluq bizim
taleyimizi həll edə bilər. Bu dağıdıcı təsirlər o zaman öz zirvə
nöqtəsinə çatar ki, ananın sinəsindən qarğış çıxar və övladını
hörmətsizlik etdiyi üçün lənətləyər. Bu zaman Allah onun hakimi və hökm
verəni olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Atanızın qarğış etməsindən kəskin
şəkildə çəkinin. Çünki belə qarğış buludu belə yarar və yuxarı qalxar.
Allahın diqqətinə səbəb olar. O yerə qədər ki, Allah Təala buyurar: "Həmin
qarğışı Mənim yanıma gətirin ki, onu həyata keçirim". Ona görə də
atanın qarğış etməsindən kəskin şəkildə çəkinin ki, qılıncdan daha
kəsicidir".
Ata və ananın qarğışı həyata keçər. Amma əziz valideynlərə
məsləhətimiz budur ki, övladlarını lənətləməsinlər. Həzrət Nuh (ə)
övladı üçün dua edir. Allah Quranda buyurur: "Bu övlad sənin əhlindən deyildir".
Əlbəttə, Həzrət Nuh (ə) öz xahişində təkid etmir, bağışlanma da
istəyir. Yaxşı olar ki, övladı hər nə qədər hörmətsizlik etsə də,
valideyn ona qarğış etməsin. Hər bir kiçik münaiqişədə dilini qarğış
üçün açmasın. Əgər bu qarğışlar həyata keçərsə, valideyn nə qədər üzülər
və əziyyət çəkər? Ona görə də bu məsələdə kamil ehtiyata riayət etmək
lazımdır ki, nifrinin pis nəticələri bizi əhatə etməsin.