Toy münasibəti ilə ziyafət vermək dinimizdə müstəhəb sayılır. Hədislərdə
buyurulur ki, beş münasibətlə ziyafət (qonaqlıq) verilər: toy zamanı,
övlad doğulan zaman, oğlu sünnət etdirəndə, təzə evə köçəndə və həcc
ziyarətindən qayıdanda.
Toy məclisi şəriət qaydalarına zidd olmamalıdır. Toya kimlərin
dəvət olunması, musiqi və əyləncənin dərəcəsi, yeməklərin halallığı,
yemək süfrəsində israfa yol verilməməsi və sairə kimi məsələlər də çox
mühümdür ki, indi bunlara toxunmur və bu məsələləri məqalənin növbəti
bölümlərinə saxlayırıq.
Hər şeydən əvvəl, zifaf zamanı (toy gecəsində) tərəflərin sakit,
aram və səmimi əhval-ruhiyyəni təmin etmələri çox vacib şərtdir. Bəylə
gəlinin bir-birinin xoşuna gələcək tərzdə geyinmələri, şəxsi gigiyena
qaydalarına riayət etmələri də mühümdür. Həmin gün yarana biləcək
psixoloji narahatlıqları Allaha daha çox dua etməklə, Allahın gözəl
adlarını zikr etmək və Ona təvəkkül etməklə çözmək mümkündür.
Zifafdan əvvəl bəylə gəlinin hər ikisinin dəstəmaz alması və iki
rükət namaz qılması müstəhəbdir. Namaz Allaha şükr niyyəti ilə qılınır.
Namazdan sonra oğlan Allaha həmd edib, Mühəmmədə və Ali-Mühəmmədə (s)
salavat söyləsin, sonra belə dua etsin: "Allahüm-mərzuqni ilfəha və
vüddəha və rizaha vərzini biha. Vəcmə beynəna bi-əhsəni ictimain və
əysəri i’tilaf. Fəinnəkə tühibbül-həlalə və tükrihül-həram”. Tərcüməsi:
"İlahi, bunun (yəni həyat yoldaşımın) ülfətini, sevgisini və razılığını
mənə nəsib et, məni də ondan razı et. Bizi ən gözəl birliklə və ən rahat
ünsiyyətlə birləşdir. Həqiqətən, Sən halalı sevir, harama nifrət
edirsən”.
İmam Cəfər Sadiq (ə) tövsiyə edirdi ki, gəlini bəyin yanına
gətirəndən sonra bəy əlini gəlinin alnına qoyub üzü qibləyə dursun və bu
duanı söyləsin: "Allahümmə bi-əmanətikə əxəztüha və bi-kəlimatikə
əstəhləltü fərciha. Fəin qəzəytə li minha vələdən fəc’əlhü mübarəkən
səviyya. Və la təc’əl liş-şeytani fihi şirkən və la nəsiba”. Tərcüməsi:
"Allahım, Sənin əmanətinlə (yəni kəbinlə) bu qızı aldım, Sənin
kəlmələrinlə (yəni Qurandakı kəbin əmri ilə) onu özümə halal etdim. Əgər
mənim qismətimə bu qızdan övlad yazmısansa, onu mübarək və sağlam et,
şeytanı onun nütfəsində şərik etmə”.
Əbu Səid Xüdri rəvayət edib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) İmam
Əliyə (ə) belə vəsiyyət etmişdi: "Gəlini sənin yanına gətirəndən sonra
onu otuzdurub ayaqqabılarını ayağından çıxart, ləyən gətirib gəlinin
ayaqlarını yu. Sonra həmin suyu evin qapısından çölə səp. Əgər belə
etsən, Allah sənin evindən kasıblığın yetmiş min dərəcəsini
uzaqlaşdırar, varlılığın (ehtiyacsızlığın) və bərəkətin yetmiş min
dərəcəsini evə daxil edər. Sənə və gəlinə yetmiş min dərəcə mərhəmət
nazil edər ki, bu mərhəmət evin hər guşəsini bürüyər. Nə qədər ki gəlin
bu evdədir, ağıl pozğunluğu, cüzam və bərəs (ağ ləkələr, dəri piqmenti)
xəstəliklərindən amanda qalar”.
Həmçinin, Peyğəmbər Həzrət Əliyə vəsiyyət etmişdi ki, təzə gəlinə
bir həftə ərzində süd məhsulları, sirkə, keşniş və turş alma
yedizdirməsinlər. Çünki bu yeməklər gəlinin rəhmini (bətnini) bağlayar
və onu sonsuz edə bilər.
Toy münasibəti ilə ziyafət vermək dinimizdə müstəhəb sayılır.
Hədislərdə buyurulur ki, beş münasibətlə ziyafət (qonaqlıq) verilər: toy
zamanı, övlad doğulan zaman, oğlu sünnət etdirəndə, təzə evə köçəndə və
həcc ziyarətindən qayıdanda.