Xanımlar Bu Məlumatları Bilirsinizmi???

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 177
Səs ver:
(səs: 0)

fikirl601;351;in,dü351;ünün

 

 

Bilirsinizmi ?

Bilirsinizmi kimlərə salam verməməlisiz?
1. Yəhudiyə
2. Nəsraniyə   
3. Şərabxora   
4. O şairə ki, öz şerində Möminlərə günah nisbəti verir.   
5. Riba yeyən şəxsə (sələmlə pul verən şəxs)   
6. Açıq-aşkar günah edən şəxsə   
7. Hamamda olan şəxsə   
8. Namaz əsnasında namaz qılan şəxsə   
9. Muxənnəs olan adama.   

Bilirsinizmi hansı vaxtlarda Allah-təalanın rəhmət qapıları açılır? 
Dörd halda Allah-təalanın rəhmət qapıları açılar.   
1. Yağış yağan zaman   
2. Övladın ata-anasına məhəbbət dolu baxışları anda   
3. Kəbə evinin qapısı açılan vaxtda   
4. İzdivac (ailə qurarkən) baş verdikdə.  


Bilirsinizmi qiyamət günü kimlər Allah-təalanın bəndələri üçün yaratdığı kölgədə məskunlaşacaq?
Əziz Peyğəmbərimizdən (s) nəql olunan etibarlı bir hədisdə belə buyrulur: " Qiyamət günü Allah-təalanın lütfünün kölgəsindən başqa bir kölgə olmayacağı halda Allah-təalanın Lütfünün kölgəsində 7 nəfər məskunlaşacaq."   
1. Adil İmam.(Yəni ədalətli rəhbər)  
2. Cavan abid (ibadətlə çox məşğul olan cavan şəxs)   
3. Məscid əhli.   
4. Allah-təalaya xatir və onun dostluğuna görə iki kişinin bir — biriylə dostluq əlaqəsi qurması və Allah dostluğuna görə ayrılmaları. 
5. O kişi ki gözəl simalı qadın şəri olmayan yolla onu yanına çağıranda Allah — təalanın qorxusundan onun dəvətini qəbul etməyib. 
6. O şəxs ki, gizlində Allaha xatir elə sədəqə verə ki sol əli sağ əlin nə verdiyini başa düşməyə.   
7. O şəxs ki, xəlvətdə Allahı xatırlayıb gözlərindən yaş axıdar.   


Bilirsinizmi hansı zikrlər nicat tapmağa səbəb olur? 
Etibarlı bir hədisdə nəql olunur ki Cənab Cəbrail (ə) Allah — təala tərəfindən Əziz Peyğəmbərimizə (s) nazil olub buyurdu: " Ey Allahın Rəsulu (s) Hər kim sənin ümmətindən 6 şeyi özlərinin şüarı etsə nicat tapacaq və cəhənnəmdən amanda qalacaq.     
1. Hər bir işi başlayanda «Bismillah» deyə.   
2. Hər bir nemətə "Əlhəmdulillah" deyə.   
3. Yerinə yetirmək istədiyi hər bir iş üçün "İnşaallah" deyə.   
4. Hər bir günahda "Əstəğfirullah" deyə.   
5. baş vermiş hər bir müsibətdə "İnna lillah və inna iləyhi raciun" (Quran ayəsidir, mənası Allah tərəfindən gəlmişik və ona tərəf qayıdacayıq.) deyə   
6. Ən çox «La ilahə illəllah» zikrini deyə.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri