Alış-veriş və maliyyə sövdələrinin fiqhini öyrənmək vacibdirmi?

Şərhlər: 1
Baxılıb: 1 756
Səs ver:
(səs: 0)
Sual: Alış-veriş, maliyyə sövdələrinin fiqhini öyrənmək alqı-satqı işi ilə məşğul olan əczaçı və əczaçılıq şirkətinin nümayəndələri kimi hər bir kəsə fərdi olaraq vacibdirmi?

Cavab: Həmd Allaha məxsusdur.

Əgər bir müsəlman onun bu dünyada xəlq olunmasında məqsəd və qayəsinin Allahın qayda-qanunlarına bağlı qalması və bunlara Allah Sübhənahu və Təalaya ibadət etmək niyyətilə riayət etdiyini başa düşərsə, bu halda o Allahın qanunları barədə hökmləri öyrənmək və onun qarşısında duran vəzifələrin nə olduğunu öyrənməyin vacib olduğunu həmçinin başa düşəcək. Belə ki, vacibin yerinə yetirilməsi yalnız onunla mümkün olan hər bir vasitə vacibdir.

Hədisdə bildirilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: "Elm öyrənmək hər bir müsəlmana vacibdir”.[1]

Alimlər bu hədisin mənasının səhih olduğunu bildirmişlər.

İbn Abd əl-Bərr, rahiməhullah, demişdir:
"Hədis barədə müəyyən qədər fikir ayrılığı olmasına baxmayaraq hədisin mənası (alimlərin) rəyinə görə səhihdir”.[2]

Imam Nəvəvi, rahiməhullah, əl-Mənsura (səh.287) əsərində İbn əl-Qeyyimin Miftah Dar əs-Səədə (1/480)əsərində bildirdiyinə bənzər bir fikir bildirmişdir.

İbn Abd əl-Bərr həmçinin demişdir:
"Alimlərin yekdil rəyinə görə elmin bəzi şaxələrinə yiyələnmək fardul ayndır. Hər bir şəxs buna fərdi olaraq yiyələnməlidir. Elmin digər şaxələri vardır ki, bunlara yiyələnmək fərdul kifayədir. İnsanlardan bir qismi bunu öyrənərsə digərlərinin üzərindən bu öhdəlik düşür”.[3]

Alimlərimiz, Allah onlara rəhmət etsin, fərdi olaraq tədrisi vacib olan elm ilə bağlı açıqlamalar vermiş və hər bir müsəlmanın yiyələnməli olduğu vaciblik dərəcəsi barədə danışmışlar. Bildirmişlər ki, haram bir şeyə yol verməmək üçün və yaxud özləri də bilmədən sələmçiliyə bulaşmamaq üçün bura ticarət işi ilə məşğul olanların satış ilə bağlı hökmləri öyrənməsi aiddir. Səhabələrdən, Allah onlardann razı olsun, nəql olunan rəvayətlər bizim bu fikrimizi dəstəkləyir.

Ömər ibn əl-Xəttab, Allah ondan razı olsun, demişdir: "Dini biliklərə yiyələnməyənlər bizim bu bazarda satış etməsinlər”.[4]

Əli ibn Əbi Talib, Allah ondan razı olsun, demişdir: "Kim ticarəti öyrənmədən ticarətlə məşğul olarsa sələmə bulaşar,sələmə bulaşar”.[5]

İbn Abd əl-Bərr demişdir:
"Hər kəsə öyrənməsi vacib olanlara aiddir: Barəsində cahil, nadan qalması üzrlü olmayan şeyləri bütün insanların öyrənməsi vacib olan məsələlər. Bunlara misal olaraq aşağıdakıları sadalamaq olar:

Dillə şəhadət gətirmək və qəlbində Allahın Tək və heç bir şəriki olmadığına iqrar etmək... Allahın Ad və Sifətlərinin əbədi olduğuna etiqad etmək, Allahın Əvvəl və Axır olduğuna, Allahın Ərşinə istiva etdiyinə etiqad etmək;

Muhəmmədin Allahın qulu və rəsulu olduğuna, öldükdən sonra əməllərə görə mükafatlandırılmaq və yaxud cəzalandırılmaq üçün bütün insanların diriləcəyinə inanmaq, Quranın Allahın Kəliməsi olduğuna və Quranda olanların haqq olduğuna şahidlik etmək;

Gündəlik beş namazın vacib olduğunu təsdiq etmək və dəstəmaz və digər hökmlər kimi namazı icra etmək üçün zəruri olan biliklərə yiyələnmək;

Ramazan orucunu tutmağın vacib oldğunu təsdiq etmək və orucu pozan şeyləri və orucu tamamlamaq üçün zəruri olan şeyləri öyrənmək;

Kifayət qədər malı varsa və fiziki baxımdan həcc etmək qabiliyyətində isə onun üzərinə düşən zəkat növünü və zəkat çıxarmaq üçün vaxt və nə qədər zəkat çıxarmalı olduğunu öyrənmək; İmkanı varsa ömründə bir dəfə həcc etmək;

Həmçinin müəyyən məsələlərdə ümumi biliklərə yiyələnmək və bilmədiyinə görə üzrlü sayılmadığı məsələləri öyrənmək; məsələn, zina və faizin haram olması, habelə spirtli içkilər, donuz, ölü ətini (leş) yemək və bütün nəcis şeylər, qəsb etmək, yalnış şahidlik etmək (ifadə vermək), insanların malın haqsız yerə yemək, zülmün hər bir növünün haram olması, anası, bacısı yaxud onlarla eyni səviyyədə qeyd olunanlarla evlənməyin haram olması və bir mömini haqsızca öldürməyin haram olması;

Bundan başqa Qurani Kərimdə bəhs olunan və ümmətin icma etdiyi bütün digər məsələləri öyrənmək.[6]

əl-Məvsuəh əl-Fiqhiyyə (30/239) əsərində deyilir:
İbn Abidin, əl-Allamidən sitat gətirərək belə deyir:
"Hər bir mükəlləf şəxs, kişi yaxud qadına vacibdir ki, din və hidayət barədə öyrəndikdən sonra dəstəmaz, qüsl, namaz, oruc, nisab [7] yetişdikdə zəkat və vacib olan şəxslər üçün həcc barədə öyrənsinlər.

Tacirlər həmçinin ticarətlə bağlı hökmləri öyrənməlidirlər ki, öz sövdələrində şübhəli və məkruh şeylərə yol verməsinlər; eyni məsələ müəyyən bir ixtisas sahəsində çalışanlara da şamil edilir.

Hər hansı bir sahədə çalışan hər bir şəxs həmin sahə ilə bağlı hökmləri öyrənməlidir ki, haram şeylərdən çəkinmiş olsun.

İmam Nəvəvi demişdir:
"Satış, nikah və bənzər məsələlərə gəldikdə-belə ki, bunlar özü-özlüyündə vacib deyil-bunlara dair şərtləri öyrənməmiş bununla məşğul olmaq haramdır”.

əl-Qəzzali, Allah ona rəhmət etsin, demişdir:
"Əgər bir müsəlman ticarətlə məşğul olursa və həmin yerdə faiz geniş yayılıbsa bu halda faizdən çəkinmək barədə öyrənməsi vacibdir. Bu elmə yiyələnmək fərdi ayndır, yəni vacib olunanları necə yerimnə yetirməyə dair biliklər”.[8]

Əli ibn Həsən ibn Şəqiq, İbn əl-Mübarəkə dedi:
"Bir mömin elmə yiyələnmədən necə keçinə bilər ki? Hansı biliklərə yiyələnməsi vacibdir?

Cavab olaraq dedi: "Elmi olmadan heç bir şey edə bilməz və sual vermədən keçinə bilməz”.[9]

əl-Qəzzali, Allah ona rəhmət etsin, demişdir:
"Hər bir insan gündəlik həyatında öz ibadəti və insanlarla münasibətlərində mütləq yeni şeylərlə rastlaşır. Odur ki, hər bir şey barəsində, rastlaşdığı hər bir yeni məsələdə soruşmalıdır və bunlarla rastlaşmazdan öncə rastlaşacağını gözlədiyi məsələləri öyrənməyə tələsməlidir”.[10]

Ticarət, alış-verişlə məşğul olan kəslərə nəsihətimiz budur ki, əqdlərin fiqhi ilə bağlı yazılmış kitablar oxusunlar. Məsələn, Şeyx Saleh əl-Fəuzanın müəllifi olduğu əl-Mulaxis əl-Fiqhi əsəri və Professor Abdullah əl-Muslimin və Saleh əl-Savinin birgə müəllifi olduğu Mə lə yəsu ət-tacir cəhluhu əsəri.

Doğrusunu Allah bilir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri