Sevgi bir günahdır

Şərhlər: 4
Baxılıb: 2 046
Səs ver:
(səs: 4)
Məkkə surələrindəndir.
Bismilləhir Rahmənir Rahim!

1) Həqiqətən, Biz sənə Kövsər əta etdik.
2) Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! 
3) Sənin düşməninin özü sonsuzdur!

İmam Əhməd deyir: Bizə Məhəmməd ibn Fudeyl Ənəs ibn Malikin belə dediyini nəql etmişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir balaca yuxuya getdi və başını qaldırıb gülümsədi. Ya o, ya da ona "niyə güldün?” deyə sual edildi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Bir qədər əvvəl mənə bir surə nazil oldu”. Və oxumağa başladı: "Mərhəmətli və Rəhimli Allahın adı ilə! Həqiqətən, Biz sənə Kövsər əta etdik”. O, surəni sonadək oxudu və dedi: "Siz bilirsinizmi Kövsər nədir?” Orada olanlar dedilər: "Allah və rəsulu daha yaxşı bilir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: "Onu mənə izzət və cəlal sahibi Rəbbim Cənnətdə əta etdi. Onda çoxlu xeyir-bərəkət var. Qiyamət günü ümmətim onun qırağına gələrlər. Onun qatları ulduzlar qədərdir. Qul onun kənarında titrəyəcəkdir. Mən deyəcəm: "Ey Rəbbim, o, mənim ümmətimdəndir. Deyiləcək ki, sən özündən sonra onların nə etdiklərindən xəbərdar deyilsən”. İmam Əhməd hədisi üç isnadla rəvayət etmişdir. Bu isnad Həmd ibn Fudeylin Muxtar ibn Fulful vasitəsilə Ənəs ibn Malikdən nəql etdiyi rəvayətdir.

Hovuzu təsvir edən bölümdə varid olur ki, Qiyamət günü göydəki iki oyuq vasitəsilə Kövsərirmağından su axar. Göydəki ulduzlar qədər onun yanında qablar var. Bu hədisi Muslim, Əbu Davud və Nəsai Məhəmməd ibn Fudeyl vasitəsilə Ənəsdən nəql etmişlər. Muslimin ifadəsi belədir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bizimlə birgə məsciddə olarkən birdən yavaşca yuxuya getdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: "Ey Allahın elçisi, niyə gülümsədin?” O, "bir qədər əvvəl mənə surə nazil oldu” dedi və həmin surəni oxudu: "Mərhəmətli və Rəhimli Allahın adı ilə! Həqiqətən, Biz sənə Kövsər əta etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin düşməninin özü sonsuzdur!” Sonra dedi: "Siz bilirsinizmi Kövsər nədir?” Dedik: "Allah və rəsulu daha yaxşı bilir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bjuyurdu: "O, bir çaydır ki, Rəbbim onu mənə vəd etdi. Onda çoxlu xeyir var. O elə bir hovuzdur ki, ümmətim Qiyamət günü onun yanına gəlib-gedər. Yanında da göydəki ulduzların sayı qədər qablar var. Orada bir qul titrəyəcəkdir. Mən deyəcəm: "Ey Rəbbim, o, mənim ümmətimdəndir”. O, deyəcək: "Sən özündən sonra onun nə etdiyini bilmirsən”. 
Bir çox qarelər bu surənin Mədinədə nazil olduğunu, bəzi fiqh alimləri də "Bismilləhir-Rahmənir-Rahim”-in də surənin bir ayəsi olduğunu söyləyirlər. Onların sözlərinə görə, "Bismilləhir-Rahmənir-Rahim” də surədəki digər ayələrlə birgə nazil olmuşdur. 
Surənin əvvəlində Allah təala buyurur: "Həqiqətən, Biz sənə Kövsər əta etdik”. Qeyd etdiyimiz hədisdə bildirildiyi kimi, Kövsər Cənnətdə çayın adıdır. İmam Əhməd bu barədə başqa ravilər vasitəsilə də Ənəs ibn malikdən hədis rəvayət edərək demişdir: "Ənəs "Həqiqətən, Biz sənə Kövsər əta etdik” ayəsini oxudu və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu nəql etdi: "Mənə Kövsər əta edildi. O, axar bir irmaqdır. O, qollara ayrılmayıb. Onun qarşısında incidən qübbələr var. Əlimi onun torpağına vurdum və gördüm ki, xoş qoxulu müşkdür. Onun daşları da incidir”. İmam Əhməd başqa bir rəvayət nəql edərək deyir: Bizə Məhəmməd ibn Adiy Həmid vasitəsilə Ənəs ibn Malikdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: "Cənnətə girdim və özümü bir irmağın yanında tapdım. Onun hər iki tərəfi inci ilə əhatə olunmuşdu. Əlimi suyun axdığı yerə vurdum və gördüm ki, bu, xoş qoxulu müşkdür. Dedim: "Bu, nədir, Ey Cəbrayıl?” O, mənə dedi: "Bu, izzət və cəlal sahibi Allahın sənə əta etdiyi Kövsərdir”. Bu hədisi Buxari və Mulsim eyni adlı öz "Səhih” kitablarında qeyd etmişlər. Muslim isə Şeyban ibn Əbdürrəhman vasitəsilə Ənəs ibn Malikdən nəql etmişdir. Belə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) səmaya yüksəldildiyi haqda danışarkən demişdi: "Elə bir çayın yanına gəldim ki, onun hər iki tərəfi inci qüvvələri ilə əhatə olunmuşdu. Soruşdum: "Ey Cəbrayıl, bu nədir?” O, mənə dedi: "Bu, Kövsərdir”. Bu ləfz Buxariya (Allah ona rəhmət etsin!) aiddir.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri