Allaha Təvəkkül

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 870
Səs ver:
(səs: 1)
Yaylaqda hamı onu tanıyırdı. "Necə təvvəkküllü (səbəbləri yerinə yetirib nəticəni ALLAHa həvalə edən, hər şeyə rəğmən qədərdən razı olan, şükr edən )adamdır” deyərdilər. Başına nə iş gəlsə dərd etməz”, "yəqin, bir hikməti var” deyib üstündən keçərdi. O il caamatın mal-qoyunu sapsağlam yaylaqda otlayanda qəflətən onun ulağı öldü. Ulaq işinə çox yarayırdı. Hara getsə, onun belində gedər, yükünü onunla daşıyırdı. Ancaq buna təvvəkkül edərək heç qonşuları qədər də heyifslənmədi ulağın ölümünə. "Bunda da bir hikmət var”-dedi.

Aradan çox keçməmişdi ki, qapısından aralanmayan iti öldü. Qonşuları dərdlənərkən o yenə: "Bunda da bir hikmət var”-deyib əhəmiyyət vermədi.
Ziyan bununla bitmədi. Bir gün də hər sabah onu namaza qaldıran xoruzu öldü. Qonşular yenə: "Burada bir uğursuzluq var”, desə də, o "Boş yerə özünüzü üzməyin, bunda da bir hikmət var,”-dedi.

Bu mudrik, təvvəküllü adam həyatda çox şey görmüşdü. Bilirdi ki, dalbadal gələn bu zərərlərin arxasında mərhəmət cilvələri, mərhəmət təcəlilləri gizlənib. Belə şeylərə çox şahid olmuşdu, buna görə də dərd eləmir, ona təsəlli verənlərə də:
-Mülk ALLAHındır. Biz də bu mülkün işçiləri kimiyik. Mülk sahibi mülkünə istədiyini edər, -deyirdi.
Bir gecə quldurlar onların məskənlərinə basqın etdi. Gecə gizlicə gələn bu quldurlar əvvəlcə ətrafı səssizcə dinşəyir, sonra harada bir ulaq anqırtısı, bir it hürşü, bir xoruz banı eşitsələr, orada adma olduğunu bilir, həmin yerə basqən edib caamatı soyub-talayırdılar. Həmin ərazidə açmadıqları qapı, talamadıqları ev qalmadı, mudrik qocanının evindən başqa.

Sübh namazından sonra hay-küydən qonşuları talan edildiyini anladı. Hər yer talandığı halda, ona toxunulmamış, belə bir evin varlığından xəbər tutmamışdılar. Qonşular başlarına gələn müsibətlərin üzüntüsündən dilə gətirərkən, o, sakitcə cavab verdi:
-Həyatda heç bir uğur sizi həddən artıq sevindirməsin, uğursuzluğa görə də həddən artıq üzülməyin. Hər iki vəziyyətdə təvvəkül etməyi yaddan çıxartmayın. Bunların hamısı keçici şeylərdir. Həyatda baş verən bütün hadisələrin kökündə hikmət və ibrət var. Heç bir şey mənasız və təsadüfi deyildir. Siz gözlənilən hadisələrə qarşı bir qul kimi əvvəlcə tədbir görün, sonra da "ALLAHa təvvəkkül” deyib rahat olun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri