İnsanlara yardım etməyənlər dünyada və axirətdə tək qalarlar

Şərhlər: 3
Baxılıb: 5 035
Səs ver:
(səs: 4)
İnsanlar elə xəlq olublar ki, bir-birlərinə möhtacdırlar. Təkbaşına həyat sürə bilmirlər. İnsanların bir-birinə olan ehtiyacı birlikdə yaşamaqları üçün şərait yaradır. Nəticədə bir cəmiyyət formalaşır.
İnsan körpə olan zaman və qocalanda başqalarının yardımı ilə yaşayır. Lakin deyə bilərik ki, insan cavan olanda da, yetkinlik yaşında da başqalarının yardımına həmişə möhtacdır.
insanın maddi ehtiyacları olduğu kimi, məhəbbət və sevgi kimi mənəvi ehtiyacları da vardır ki, bu ehtiyacları ailədə təmin olunur. İnsanları bir-birinə yaxın edən amillərdən biri də xəstəlikdir. Hər bir insan ömrü boyu xəstələnir və sağalır. Xəstə insan sağalana qədər başqalarının yardımına ehtiyac hiss edir. Bəzən hətta öz şəxsi ehtiyaclarını belə özü yerinə yetirə bilmir. 
Allah insanları elə yaratmışdır ki, hacətini təkbaşına yerinə yetirə bilməz və başqalarının ona yardım etməsi şərtdir. Başqalarının hacətini yerinə yetirmək onları bir-birinə yaxınlaşdırar və dost edər. Başqalarının hacətini yerinə yetirmək üçün səy göstərmək Allah yanında o qədər əzəmətli bir işdir ki, ən az mükafatı - behiştdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim möminin bir ehtiyacını yerinə yetirərsə, Allah onun çoxlu ehtiyaclarını yerinə yetirər ki, onların ən azı behiştdir".
İmam Sadiq (ə) buyurur: "Möminin ehtiyacını yerinə yetirmək - min qəbul olmuş həccdən, Allah yolunda min qul azad etməkdən, Allah yolunda min yüyənlənmiş atı hədiyyə etməkdən daha üstündür".
Lakin çox təəssüf ki, bu gün cəmiyyətdə insanların bir-birindən uzaqlaşmaqlarının şahidi oluruq. Bəzən insan ailəsindən və valideynlərindən belə qafil olur. İnsanların dini təlimlərdən uzaq olması onların arasına fasilə salır və bir-birindən uzaqlaşdırır.
Bu gün cəmiyyətdə ən kiçik insani ehtiyaclar pulla aradan qaldırılır. Xəstə insan ona baxmaq üçün bir nəfəri tutur və ona pul verərək ehtiyaclarını aradan qaldırmaqda yardım etməsini istəyir. Nəticədə də qohumlar bir-birindən uzaqlaşır və hər şeyi pul həll edir.
O zaman ki, insan öz qohumlarından uzaq düşür, dostluq və qohumluq bağlarına böyük zərbələr dəyir. Ona görə də insanların öz ehtiyaclarına diqqət etməsi zəruridir.
İslam dininin nəzərinə görə, insanlar bir-birinə yardım etməlidir. O kəs ki, bu işdə səhlənkarlıq edər, həm dünyada və həm də axirətdə tək qalar. İmamSadiq (ə) buyurur: "Nə zaman mömin, qardaşına yardım edə bilərsə, ancaq onu tək qoyarsa - Allah dünya və axirətdə onu tək qoyar".
Beləliklə deyə bilərik ki, insanların bir-birindən uzaqlaşmasının əsl səbəbi dini unutmaqları və dini təlimlərini yerinə yetirməməkləridir. İnsanlar gərək nə qədər ehtiyaclı olduqlarına diqqət edərək, bir-birlərinə yardım etsinlər və bir-birinə yaxınlaşsınlar. Əks halda dünyada da, axirətdə də tək qalarlar.
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 5 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri