Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir.
Əbu
Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)
belə dediyini rəvayət edir: «Azanı eşidərkən müəzzinin dediklərini siz
də deyin»[1].
Ömər
ibn əl-Xəttab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı
olsun) belə dediyini rəvayət edir: «Müəzzin "Allahu əkbər, Allahu əkbər”
dedikdə, biriniz "Allahu əkbər, Allahu əkbər” desə, sonra "Əşhədu əllə
iləhə illəllah” dedikdə, biriniz də "Əşhədu əllə iləhə illəllah” desə,
sonra "Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz "Əşhədu ənnə
Muhəmmədən rəsuləllah” desə, sonra "Həyyə aləs salət” dedikdə, "Lə havlə
valə quvvətə illə billəh” desə, sonra "Həyyə aləl fələh” dedikdə, "Lə
havlə valə quvvətə illə billəh” desə, sonra "Allahu əkbər” dedikdə,
"Allahu əkbər” desə, sonra "Lə iləhə illəllah” dedikdə, ürəkdən "Lə
iləhə illəllah” desə, cənnətə daxil olar»[2].
Kim
müəzzinin dediklərini təkrar edərsə, yaxud müəzzin "həyyə aləs salət”
və "həyyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs "Lə həvlə vələ
quvvətə illə billəh” deyərsə, yaxud həm "həyyə aləs salət” və "həyyə
aləl fələh” həm də "Lə həvlə vələ quvvətə illə billəh” sözlərini
deyərsə, inşallah bütün hallarda doğru etmiş olar.
Müəzzin
azan və ya iqaməni bitirdikdən və eşidən kimsə onun dediklərini təkrar
etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur. Abdullah ibn
Amr Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə
eşitdiyini rəvayət edir: «Müəzzini eşitdikdə onun dediyi kimi deyin,
sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun
əvəzində Allah ona on salavat edər. Sonra Allahdan, mənim üçün vəsilə
istəyin. Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah
bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum.
Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaətə nail olar»[3].
Cabir
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə
dediyini rəvayət edir: «Kim azanı eşidərkən belə deyərsə Qiyamət günü
şəfaətim ona halal olar. "Allahım, bu mükəmməl duanın (azanın),
dəyişilməyən namazın rəbbi Sənsən. (cənnətin ən yüksək məqamı) vəsiləni
və (hər şeydən üstün) fəzilət məqamını Muhəmmədə bəxş et. Onu vəd
etdiyin "Məqamul Məhmud”a[4] yetişdir[5]”[6].
Faydalı
məlumat: Müsəlmanın, azanla iqamə arasında çoxlu dua etməsi bəyənilən
haldır. Çünki bu vaxt edilən dua məqbuldur. Ənəs Peyğəmbərin (Ona və
ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
«Azanla iqamə arasında edilən dua rədd olunmaz»