Fitrə kimə, nə qədər verilməlidir?

Şərhlər: 2
Baxılıb: 3 007
Səs ver:
(səs: 1)
Ramazan Bayramında fitrə vermək də vacibdir. Ona görə də müsəlmanlar bu şərtə əməl etmək üçün ailə üzvlərinin sayına uyğun fitrə çıxmalıdırlar. Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il QMİ sədri H.A.Paşazadə adambaşına düşən fitrənin məbləğini də açıqlamadı. QMİ-dən bildirdilər ki, bu məbləğ üç kiloqram buğda, xurma, unun dəyəri ola bilər. Orta hesabla adambaşına üç manat fitrə çıxmaq olar: «Fitrə elə məbləğdə çıxılmalıdır ki, ayrılan fitrə hesabına xüsusi verildiyi adam evində bayram süfrəsi aça bilsin. Çünki fitrə sədəqə deyil. Fitrənin məramı odur ki, ayırdığın pulla hansısa sosial baxımdan çətinlik içərisində yaşayan insanın evində bayram süfrəsi açılsın».

Binəqədi Rayon Dini İcmasının sədri Mirpaşa Bayramov da fitrənin konkret hansısa məbləğdə çıxılmasının şərt olmadığını söyləyir. M.Bayramov deyir ki, şəriətə görə fitrə adambaşına 3 kq buğda, un, yaxud xurmanın qiymətini hesablamaqla çıxarılmalıdır: «Ola bilər ki, hansısa ailənin gəliri o qədər də yüksək deyil. Bu zaman həmin insan öz imkanına uyğun istər 3 kiloqram buğdanın, istərsə də eyni çəkidə unun dəyərində fitrə çıxa bilər. Fitrə çıxarkən bütün insanlar düşünməməlidirlər ki, onların verdikləri xüms hesabına hansısa imkansız ailə bayram süfrəsi aça bilməlidir. Çünki belə şəxslərə fitrə əksər hallarda bir yox, bir neçə insan tərəfindən verilir».

M.Bayramov maddi imkanı daha da məhdud olan insanların, hətta çox cüzi məbləğdə fitrə çıxmasının mümkün olduğunu söylədi: «Belə halda ailə sahibi evdəki adamların sayından asılı olmayaraq 1, yaxud 2 manat ayırıb həyat yoldaşına verə bilər. Həyat yoldaşı isə həmin pulu uşağına verməli, ailədə çox uşaq varsa, ayrılan fitrə beləcə bir-birinə ötürülməklə çıxarıla bilər».
İcma sədri bayram gecəsi evdə olan qonağın da fitrəsini verməyin ev sahibinin boynuna düşdüyünü söylədi.

O ki qaldı fitrənin kimlərə və nə vaxt verilməsinə, M.Bayramov deyir ki, fitrə ilk növbədə yaxın ətrafdakı imkansız insanlara verilməlidir. Əgər yaxında belə insan olmasa, kənardan imkansız və əlsiz-ayaqsız adam axtarmaq olar. Fitrə pulu isə bayram axşamı ayrılmalı, bayrama qədər imkansız insanlara çatdırılmalıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri