Duaların qəbul olunması üçün zəruri olan şərtlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 494
Səs ver:
(səs: 4)
"Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə "çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda "dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.
Dua bir növ ibadət olduğundan, sair ibadətlər kimi müəyyən (isbati və inkari) şərtlərə malikdir. Belə ki, onlara riayət olunması insanın Allah dərgahına yaxınlaşmasına və duasının qəbul olunmasına səbəb olur. Duanın qəbul olunmasının mənası onun dərhal qəbul olunması və nəticələrinin qısa müddət ərzində zahir olması deyildir. Buna görə də bəzən qəbul olunmanın əsər-əlamətləri qırx ildən sonra zahir olur, yaxud Allah-taala o duanın əvəzini axirətdə bir neçə qat artıqlaması ilə dua edən şəxsə verir və dua edən şəxs onu müşahidə etməklə "kaş dünyada heç bir hacətim və duam qəbul olunmayaydı!” - deyə arzu edər. Quran buyurur ki, bəndənin Allaha dua etməsi - onun vəzifəsidir, belə ki, Allahdan hacətini istəməmək Ona qarşı etinasız olmaq mənasını verər. Allah buyurur: "Əgər sizin duanız olmasaydı, Allah sizə etina etməzdi”.
Duanın qəbul olmasının iki şərti vardır:
1. Dua etmək.
2. Xaliscəsinə Allahdan istəmək, başqasından deyil.
Bəzi dualar qəbul olmur və zahirən bunun səbəbi odur ki, duada bu şərtlərdən biri olmamışdır. Yəni ya dua həqiqi deyildir, ya da dua edən Allahdan xaliscəsinə istəməmişdir. Bəzən də dua qəbul olar və ancaq dua edən qafil olur.
Çünki qəbul olan duaların növləri vardır:
1. yerinə yetməsi təxirə düşən;
2. axirətdə yerinə yetən;
3. ehsana çevrilərək yerinə yetən.
Ona görə də duanın bu iki şərtinin həyata keçməsi üçün çalışmalıyıq. Xüsusilə də duada ixlas olmalıdır. Əlbəttə bəzən Allah da böyüklüyünə görə ixlası olmayan duaları da müsbət cavablandırar və yerinə yetirər. Beləliklə bu iki məqalədən belə nəticə çıxartmaq olar ki, bəndənin duası iki şərt olmadan qəbul olmaz. Birincisi onu Allahdan istəməlidir və ikincisi isə onu səmimi qəlbdən istəməlidir, xaliscəsinə istəməlidir. Yəni keyfiyyəti mühümdür. Duanın qəbul olmasına mane olan amilləri aradan qaldırmalıdır ki, onlardan biri də günahdır. Bunu da yaddan çıxartmaq lazım deyildir ki, bəzi duaların qəbul olması qiyamətə saxlanılmışdır. Həmin günü bizə hədiyyə kimi təqdim ediləcəkdir.
Sonda isə bir cavan oğlanın rəvayətini diqqətinizə çatdırırıq:
 
Bir cavan oğlan olur. Həmin oğlanın elm oxumağa çox marağı olur. Lakin o, təhsil almaq üçün elmi hövzələrin birinə dəfələrlə imtahan versə də daxil ola bilmir. Bir sözlə, nə qədər çalışsa da müvəffəq ola bilmir. Zaman keçir, həmin oğlan yaşa dolur və dünyasını dəyişir. O, bir nəfərin yuxusuna girir və yuxuda ona belə deyilir. "Dünyada ikən elmdə müvəffəqiyyət əldə edə bilməyən oğlan burda böyük nüfuza malikdir. Belə ki, cənnətin elə bir mərtəbəsi var ki, alimlər, üləmalar həmin cavan oğlandan dərs almamış ora yüksələ bilmirlər”.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5 494
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri