Şərabı o içib, sərxoşluğu siz edirsiniz

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 970
Səs ver:
(səs: 3)
Mövlananın qurmuş olduğu Mövləvi təriqətində səma rəqsi deyilən bir ritual var. Səma rəqsi zamanı mövləvilərin xüsusi geyim geyinərək durduqları yerdə saatlarla fırlanırlar. Mövləvilərə görə, bu cür fırlanan zaman insan maddi aləmdən çıxıb mənəvi aləmə qovuşur.
Bir dəfə Mövlana öz müridləri ilə dairə halında düzülüb Səma rəqsinə başlayırlar. Bu zaman kənardan birisi də gəlib onlara qoşulur, amma içkili olduğu üçün müvazinətini saxlaya bilmir, tez-tez aşaraq Mövlana ilə toqquşur. Müridlər həmin adamı tutub sürüyə-sürüyə oradan uzaqlaşdırmaq istəyəndə Mövlana onları çağırır:
- Bir dayanın, siz nə edirsiniz?
Müridlər:
- Şərab içmişdir, - deyirlər.
- Şərabı o içib, amma sərxoşluğu siz edirsiniz.- deyə Mövlana onlara etiraz edir. Müridlər həmin andaca o adamı buraxırlar.
Nəticə budur ki, əgər birisi yaxşı iş görməyə yönəlmişsə, ona bu yolda yardımçı olmaq lazımdır ki, qüsurlarından, ayıblarından təmizlənə bilsin. Yoxsa, sənin filan qüsurların var deyə, onu geri itələmək yaxşı işlərin önünü kəsməkdir.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri