Balaca qızın duası

Şərhlər: 8
Baxılıb: 2 025
Səs ver:
(səs: 3)
EY, ULU TANRI, mən anama söz vermişdim ki, sözə qulaq asan olacam, dəcəllik eleməyəcəm. Amma söz vermək asan, yerinə yetirmık cətindir. Mən istəyirəm yaxşı olum - çox çalışacam. Amma həmişe istədiyim kimi axı olmur. 
Belkə bu dəfə məndə alındı? Sözümün üstündə duracam. Sən də mənə kömək ol, EY, ULU TANRI! 
Mən bilirəm sən öz mehvəri və Günəş ətrafına fırlanan Yeri kürəsini yaratmısan. Sən paralellər, meridianlar, qütblər yaratmısan. Yarımadalar, körfəzlər, boğazlar, dağlar; heyvanlar, bitkilər Sənin əmrinlə yaranıb. Hec bir hadisə Sənin əmrin olmadan baş vermir. Sənin üçün mümkün olmayan bir şey yoxdur. Hamı üzünü Sənə tutur, amma Sən ya razılaşırsan, ya yox. 

Ürəyilə mən Sənin müdrikliyinə inanıram, amma hərdən başa düşmürəm, yəqin mən hələ balacayam. 
Tanrım, şübhə etdiyim üçün bağışla məni! Onsuzda Sən mənim fikirlərimi bilirsən, mən Səninlə səmimi olmaq istəyirəm
Bele ki, əgər Sən isrəyirsən ki, insanlar mehriban və ədalətli olsunlar, onda belkə Sən butun adamları ancaq mehriban və ədalətli yaradasan? 
Nə üçün Sən onlara günah iş tutnaqda mane olmursan? Insanların iradəsini möhkəm et ki, sözlərinin üstündə dura bilsinlər. Bax, məsələn, mən çox çalışıram, amma alınmır.

Anamın da kefi pozulur, mənim də. Bəlkə məktəbdə də, evdə də hamı nə mehriban, nə də ədalətlidir? Mən həyatda çoxlu pislik, ikiüzlülük, sərtlik görmüşəm. 
Bilirım ki, mən ancaq özümə cavabdehəm, amma yalanlar, qiybətlər, səmimiyətsizlik heyatı dözülməz edirlər. 
EY, ULU TANRIM! Mən istəmirəm nadinclik edim, istəyirım sözə qulaq asan olun mənə kömək et, mənə dözümlü olmaq üçün iradə ver.
Sən bir günə dünyanı yaratdın!

Əmr et ki, qoy bütün uşaqlar sözə qulaq asan olsunlar, AMİN!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri