Adəm ilə Həvva Behiştdə

Müəllif: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 2 645
Səs ver:
(səs: 1)
Adəm ilə Həvva Allah-taalanın icazəsi ilə behiştdə məskunlaşaraq onun müxtəlif ləzzətli nemətlərindən bəhrələndilər.
Şeytan bütün bədbəxtçiliyinin və Allah dərgahından qovulmasının Adəm tərəfindən olmasını bilirdi. İşarə olunduğu kimi, onunla düşmənçiliyi qəlbində özünə yer etmişdi və istəyirdi ki, hər nəyin bahasına olursa olsun onu və övladlarını düz yoldan azdırsın. Hətta insanları özü kimi cəhənnəmlik edəcəyi üçün Allaha and da içmişdir. Belə vəziyyətdə heç cür sakit qala bilmirdi.
Şeytanın Adəm və Həvvanı behiştdən çıxartmaq üçün nə kimi planlar çəkdi, neçə cür dona girdi, ya bir yolla behiştə daxil oldu və ya xaricdən qəlblərinə vəsvəsə saldı, dəqiq məlum deyil. Quran və səhih rəvayətlərdə bu barədə məlumat yoxdur. Amma qeyri-mötəbər rəvayətlərdə tovuz quşu, ya ilan şəklində behiştə girməsi qeyd olunur. Əgər bu rəvayətləri düzgün fərz etsək, ola bilsin özünə xüsusi yaraşıq verməsi və gözəl libaslar geyməsindən kinayə olsun. Yəni, bu cür zahiri gözəlliklə onların yanına gedərək onları aldatdı.
Amma hansı hiylə ilə və hansı sözlərlə Adəm və Həvvanı aldatması təfsilatı ilə Quran və rəvayətlərdə gəlmişdir. Belə nəzərə çarpır ki, şeytan insanda zəif nöqtə tapmaq və onu yoldan çıxartmaq istəyirdi. Bu fikir, Adəm və Həvvaya, təkcə Adəmə meyvə ağacı haqqında verdiyi təklifdən başa düşülür və hansı batini qüvvə zəifliyindən istifadə etməsini bilmək olar.
Şeytan öz hədəfinə yetişmək üçün ürəyiyanan, nəsihət verən bir şəxs kimi zahir olaraq dedi: -"İstəyirsən sənə əbədilik ağacını və fənaya uğramayan mülkü göstərim?" Ya da onların hər ikisinə xitab edərək dedi: -"Pərvərdigarınız sizi bu ağaca yaxınlaşmağı qadağan etdi, çünki qorxurdu mücərrəd (maddəsiz) mələkə dönərsiz, ya da əbədi həyata yetişərsiniz". Əgər bu ağacdan yesəniz mələkə dönərək həmişəlik behiştdə qalacaqsınız. Hiyləsinin baş tutması üçün sözlərinin ardınca yalandan and içərək dedi: -"Mənim sizə xeyirxahlıq və yaxşılıqdan başqa bir niyyətim yoxdur."
Nəhayət İblisin hiyləsilə Həvva və Adəm qadağan olunmuş ağaca yaxınlaşıb ona əl vurdular və bu əməl onların behişt nemətlərindən məhrum olmasına və oradan qovulmaqlarına səbəb oldu və ardınca belə xitab gəldi:
— "Hamınız aşağı düşün, sizin bəziləriniz bir-birinizlə düşmənsiniz. Əgər mən tərəfdən sizə hidayət (işığı) saçsa, hər kim ondan itaət etsə, heç vaxt azmaz və bədbəxtçilik ona üz verməz. Amma əgər mənim zikrimdən üz döndərsə onun üçün çox ağır yaşayış və Qiyamət günü kor halında məşhur olacaq (məhşər ayağına çəkiləcək)."
Bir sözlə Adəmlə Həvva yerə endirildilər. Adəmin Sərandib dağına və Həvvanın isə Ciddəyə düşməsini Təbəri və başqaları yazırlar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri