Quran Peyğəmbərdən əvvəl yazılıb?

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 431
Səs ver:
(səs: 1)
İngiltərənin nüfuzlu "Times” qəzeti Birminqem Universitetinin kitabxanasında tapılmış Quran bəzi mübahisələrə səbəb olub. Belə ki, yeni tapılmış Quranın aparılan araşdırmalardan sonra, bilindiyi tarixdən daha əvvəl yazıldığı iddia edilir.
Perqament üzərində qələmə alınmış Qurana Oksford Universitetində karbon testi edilib. Testin nəticələrinə görə, perqament 568-645-ci illər arasında yazılıb. Nəzərə alsaq ki, Peyğəmbərin doğum tarixi 570 -ci il(bəzi qaynaqlarda 571-ci il),ölüm tarixi isə 632-ci ildir, bu da təbii olaraq sualların daha da artmasına səbəb olur.

Bu məlumatlara əsasən bildirilir ki, perqament ən tez Məhəmmədin uşaqlıq illərinə təsadüf edə, hətta doğumundan əvvələ aid ola bilər.
Tarixçi və "Qılıncın kölgəsi” adlı kitabın yazarı Tom Holland İslamın kökünə aid məlumatların şübhəli, hətta səhv olduğuna dair tapıntıların sayının get-gedə artdığını qeyd edib. Bu isə bir çox inanclı insanların narahatlığına səbəb ola bilər. Lakin, İslam alimləri tamamilə başqa cür düşünür. Onlar tapılan perqamentin İslam həqiqətlərini daha da möhkəmləndirəcəyini iddia edirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri