İmam Əli (ə) gözəl hədislər

Müəllif: Aykam2001
Şərhlər: 7
Baxılıb: 6 064
Səs ver:
(səs: 2)
İmam Əli (ə):«Sizin zinətiniz ədəbdir.»
İmam Əli (ə):«Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir. Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar.»
İmam Əli (ə):«Ədəb xislətlərin ən gözəlidir.»
İmam Əli (ə):«Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.»
İmam Əli (ə):«İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.»
İmam Əli (ə):«Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.»
İmam Əli (ə):«Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir.»
İmam Əli (ə):«Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir.»
İmam Əli (ə):«Ədəbdən xeyirli şərəf yoxdur.»
İmam Əli (ə):«Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar.»
İmam Əli (ə):«Ədəb insanın kamalıdır.»
İmam Əli (ə):«Ədəb kimi zinət yoxdur.»
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 6 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri