Sual:
Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm
və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən
Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa çəkməsinin məntiqini
anlayıram. Məsələn, qadın uğursuz məhəbbətinin nəticəsi kimi doğulan
uşağını küçəyə tullayır və beləliklə də ona yüklənmiş sınaqdan keçə
bilmir. Yaxud da digər bir sonsuz, uşağı olmayan qadın başqasının
övladını oğurlayır ki, öz nəfsini təmin etsin. Beləliklə o ona verilmiş
imtahandan da keçə bilmir. Bütün bunlar aydındır. Amma mən belə
məsələlərdə zərər çəkən məzlumlara münasibəti başa düşmürəm. Məntiqi
cəhətdən cavab tapa bilmirəm ki, çəkdiyim misallardakı uşaqların günahı
nədir, onlar nəyə görə imtahan olunmalı, əzab çəkməlidirlər? Hansı
günahına görə Allah o küçəyə tullanan uşağı, ya da xəstəlik içində
çapalayan balacanı sınağa çəkir? Axı uşaqlar niyə sorğu-sual
olunmalıdırlar? Nəyə görə Allah günahsızların bütün dünyada əziyyət
çəkməyinə icazə verir? Bax bunu mən başa düşmürəm..."
Cavab: Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Bütün
dillərdə həmd olunan, bütün dövlər və zamanlarda ibadət olunan, elmi
hər şeyi əhatə edən, heç nədən diqqəti yayınmayan Allaha həmd olsun. Ona
heç nə tay ola bilməz, və Onun rəqibi, şəriki yoxdur, O ucadır,
doğmayıb və doğulmayıbdır.
Onun əmrləri bütün qullarına aiddir:
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir."
(Quran, Şura, 11)
Və
aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərə salam olsun. O öz
vəzifəsini layiqincə yerinə yetirərək Onun kəlamını insanlığa çatdırdı,
Rəbbinin yolunda sadiqliklə mübarizə apardı və özünün ardınca gün kimi
aydın olan bir yol qoydu, hansından ki, qəlbləri möhürlənmişlərdən başqa
heç kəs azmaz.
Qeyd
etməliyik ki, Allahın Rəbb və Yaradan olduğuna iman gətirən hər kəs
bilir ki, O öz yaratdıqlarından bütün aspektlərdə fərqlənir. Onu hansısa
bir məsələdə Öz yaratdıqları ilə müqayisəyə gətirmək belə
qeyri-mümkündür. Məhz buna görə də Allah buyurur:
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir."
(Quran, Şura,11)
Əgər
yer üzündə hər bir mülkiyyətçi onun mülkiyyətində olan hər hansı bir
şeylə istədiyi kimi davrana bilərsə, elə isə Allahın onun yaradıcısı
olduğunu bilən kəs nəyə görə Rəbbinin Öz "mülkü" ilə istədiyi kimi
rəfatar edə biləcəyi faktını şübhə altına almalıdır ki?!
Biz
müsəlmanlar qəti şəkildə iman gətiririk ki, bziz yaradan Rəbbimiz
müdrikdir və böyük hikmət sahibidir, və Onun əmrlərində bircə damcı da
olsun, çatışmamazlıq, qüsur, ədalətsizlik yoxdur. Ona görə də əminik ki,
onun hər buyruğunda böyük hikmətlər gizlənmişdir. Bu hikmətlərdən
bəzisini O müxtəlif formada bizə çatdırır, bəziləri isə onun bəndələri
üçün gizli qalır.
Bizlərə
çatdırdığı bəzi əmrlərinin hikmətidini qəbul edir və anlayırıq,
bizlərdən gizlədiyi və Özündə saxladığı digər hikmətlərə isə biz əminik
və bilirik ki, bizim Yaradıcımız müdrik olmayan heç nə etməz.
Və
məhz bu səbəbdən Rəbbinin Allah olduğuna iman gətirən kəs heç vaxt öz
yaradıcısını haqq-hesaba çəkməz, çünki O ən yaxşısını bilir. Əks halda
isə iman gətirdiyimiz Rəbb qeyri-kamil olan hər hansı başqa ilahdan
başqası deyil. Belə insan cahildir və ilk əvvəl Yaradıcıya inanmır.
Allaha belələrindən olmaqdan sığınırıq!
Axı
insan həkim, mühəndis və s. öz sferasında mütəxəssis olan şəxlə onun
sənəti barəsində mübahisə etmir, çünki bilir ki, o, öz sahəsi üzrə hər
hansı bir məsələni hamıdan yaxşı bilir və buna müvafiq olaraq hərəkət
edir. Elə isə bütün sahələr üzrə ən gözəl elmə malik olanın
davranışlarını sorğu-sual etməyə bizim haqqımız varmı?
Biz
insanlar bilirik ki, etdiyimiz bəzi hərəkətlər hətta onlar bizim
xoşumuza gəlməsə də son nəticədə bizə xeyir verəcək. Məsələn, əgər insan
xəstədirsə o, hər hansı dadı xoşuna gəlməyən acı dərmanı içməyə
razıdır, çünki bilir ki, bu dərman Allahın ona şəfa verməsinə vasitə ola
bilər. Əgər ki, bu dərmanı içməsə,bu onun tərəfindən ağılsızlıq olar.
Və bunun kimi həyatdan minlərlə misal çəkmək ola bilər, hansılar ki,
bizim nəfsimizə xoş gəlmir, lakin onda bizim üçün xeyir olduğunu
bilirirk.
"Ən Uca sifət isə Allaha məxsusdur. "
(Quran, Nəhl, 60)
Və
müdrik olan Allah əgər Onun Özünə xoş olmayan hər hansı bir hadisənin
baş verməsinə icazə verirsə, demək ki, bunun nəticəsində hansısa xeyirin
olduğunu bilir. Biz bəndələr isə elmsiz olduğumuzdan bu məsələdəki
hikməti həmişə dərk etmirik. Bəzən Allah bu hikmətlərin bəzilərini
insanlara müxtəlif vasitələrlə çatdırır ki, insanlar nəticə çıxara
bilsinlər, qəlblər sakitlik tapa bilsin. Bəzən isə bu hikmətlər Onun
elmlində gizli qalır.
Məsələn,
Allah körpəni yaradır, sonra isə onun canını alır. Ola bilsin ki, əgər o
uşaq yaşasaydı, elə böyük günahlar görərdi ki, hansı ki, onun özünü,
yaxınlarını Cəhənnəmə vasil edərdi. Belə bir misallardan biri
Quranda,Kəhf surəsində Xıdır (əleyhi salam) və Musa (əleyhi salam)
peyğəmbərin hekayətində rəvayət olunur. Orda deyilir ki, Xıdır (əleyhi
salam kiçik bir uşağı öldürür və Musa (əleyhi salam) onu bu hərəkətinə
görə qınayır. Allah tərəfindən gizli elmlər verilmiş Xıdır (əleyhi
salam) isə bu məsələdəki hikməti aydınlaşdıraraq bildirir ki, uşaq
böyüyəndə kafirlərdən olacaqdı və beləliklə öz mömin olan
valideynlərinin Allahın yolundan azmağına səbəb olacaqdı. Ona görə də
Allahın əmri ilə o öldürüldü və yerinə ondan daha xeyirli biri
göndəriləcək.
Yaxud
hər hansısa bir orqanları xəstə, şikəst olan uşaq. Onun bur
orqanlarının xəstə olmasında böyük hikmətlər gizlənir. Bəlkə də əgər bu
orqanları sağ olsa idi, uşaq böyüyəndə onlar vasitəsilə günah işlər
görəcəkdi. Lakin böyüyüb bu şikəstliyinə yaxud xəstəliyinə səbrlə
yanaşmaqla Allah tərəfindən ya bu dünyada, ya Axirətdə, yaxud da hər
ikisndə birgə böyük mükafatlara nail olacaqdır. Axı uca Allah buyurur:
"Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”
(Quran, Zumər,10)
Biz
müsəlmanlar üçün həyat ölümlə sona yetmir, əksinə biz inanırıq ki,
ölümdən sonra Cənnət və Cəhənnəm var və əsl həyat elə budur. Kim ki, bu
dünyada yaxşılıq etmişdir, onu Allahdan mükafat gözləyir, kim ki, bu
dünyada pislik etmişdir, onu əməllərinin müqabili gözləyir.
Xeyirlə
şər eyni deyil və qismətlərinə imtahan düşmüş kəslərin səbrlərinin
mükafatı Allahdan olacaqdır. Özü də elə bir mükafat ki, imtahana
çəkilməyən kəslər bu mükafatı görsə idilər, onlar da dünya həyatında
başlarına müsibət və bəlaların gəlməsini istəyərdilər. Çünki Allahın
yanında başlarına gələn çətinliklərə səbrlə dözənlərin mərtəbəsi olduqca
yüksəkdir. Bu barədə Quran və Sünnədə bir çox dəlillər mövcuddur:
"Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
(Quran, Bəqərə, 155)
Allah
Rəsulu (səllallahu aleyhi və səlləm) demişdir: "Nə qəribədir möminin
halı! Bütün hər şeydə onun üçün xeyir var və bu yalnız möminə verilmiş
bir nemətdir: Əgər bir şey onu sevindirirsə, o, Allaha həmd edir və
həmin şey onun üçün xeyirə çevrilir, əgər ki, ona kədər üz verirsə, o
səbr edir və bu da onun üçün xeyirə çevrilir"
Müslim 2999
Göründüyü
kimi bizə məsum görünənlərin də, görünməyənlərin də başına çətinliklər
gələ bilər. Və bu heç də bizim məhdud şüurumuzun dərk etdiyi kimi cəza
deyil, bəlkə də Allahın bir rəhmətidir, biz isə bunu öz ağlımızla dərk
edə bilmirik. Bəlkə də həmin bu çətinlikdə hikmət vardır.
İnsan
xislətinin zəifliyi, uzaqgörən olmaması özünü onda göstərir ki, o
bəlaları, çətinlikləri tez görür, bu çətinliklər vasitəsilə açılan xeyir
qapılarını isə görmür. Anlaya bilmir ki, xeyir kimi, şərin də gəlməsi
normaldır. Bu sanki daima xeyirxahlıq edən birinin tək bircə dəfə,
təsadüfən etmədiyi köməyə görə ömür boyü qınanılmasına bənzəyir. Həmin
kəsi qınağa çəkən belə insanları bizlər nanko, "çörəyi dizi üstündə
olan"r adlandırırıq. Bəs elə isə özümüz? Axı bizlər də nemətlər bəxş
edən, həyatımızı, yaşayışımızı asanlaşdıran Rəbbimizin tək bircə
sınağına dözümsülük göstərib, ordakı xeyri görməyib Rəbbimizə qarşı asi
olmuş oluruq.
Bundan
əlavə, insanların ən xətasızı, günahsızı olan peyğəmbər və nəbilərin
payına ən ağır imtahanlar və sınaqlar düşmüşŞ onlarsa səbrlə bütün bu
çətinliklərə dözmüşlər. Nəyə görə? Yoxsa onlar da Allahın nifrət etdiyi
kəslər idi? Əksinə, bütün bunlar Allahın onları daha çox sevdiyi və
çətinliklərin müqabilində gözəl mükafatlar hazırladığı üçün onların
başına gəlirdir. Allah bununla onların mərtəbəsini öz yanında qaldırmış
oldu.
O-
Allah istədiyini istədiyi tərzdə, istədiyi zamanda edəndir. Heç kəs
onun əmrinin vaxtını uzaldıb qısalda bilməz, heç kəs Onun hazırladığı
aqibətdən qaça bilməz və Onun əmrləri ən müdrik, ən ədalətlidir. Və O
yaratdıqları üçün ən yaxşısını biləndir!
60.
Bir zaman Musa öz xidmətçisinə belə demişdi: "Mən iki dənizin qovuşduğu
yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər (səfərimə) davam
edəcəyəm”.
61.
Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə
götürdükləri) balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol
alıb getdi.
62.
Onlar (dənizlərin qovuşduğu yerdən) çıxıb getdikdə (Musa) öz
xidmətçisinə: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən
düşdük”– dedi.
63.
(Xidmətçi) dedi: "Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O
zaman) mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan
unutdurdu. (Balıq dirilib) qəribə bir şəkildə dənizdə yol tutub
getmişdir”.
64. (Musa:) "Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.
65.
Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz
tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.
66. Musa ona dedi: "Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?”
67. (Xızır )dedi: "Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən.
68. Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”
69. (Musa) dedi: "İnşAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.
70. (Xızır) dedi: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.
71.
Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə
mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: "Sən gəmidə olanları
suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş
gördün”.
72. (Xızır) dedi: "Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?”
73. (Musa) dedi: "Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”.
74.
Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır)
onu öldürdü. (Musa) dedi: "Heç kəsi öldürməyən günahsız bir canamı qəsd
etdin? Doğrusu, çox pis bir iş tutdun”.
75. (Xızır) dedi: "Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?”
76.
(Musa) dedi: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha
mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa
çatdın”.
77.
Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan
yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi.
Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi.
(Musa) dedi: "Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
78. (Xızır) dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
79.
Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu
korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ
keçirən hökmdarın olması idi.
80.
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın
böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.
81. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan (başqa)(bir)(övlad) versin.
82.
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara
məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin
onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz
xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla
etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”