Ani ölümlərə səbəb olan amilləri bilək

Şərhlər: 3
Baxılıb: 2 355
Səs ver:
(səs: 2)
Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki, insan iki cür ölümlə ölər. Qəti ölüm heç bir zaman təxirə düşməz.
Sileyi-rəhm, sədəqə ona təsir edə bilməz. Sileyi-rəhm və sədəqə o ölümləri təxirə salır ki, insan ani ölümlə ölə bilər. Əgər lampanın içinə neft töksək, onun sönməsi üçün iki yol olar. Biri budur ki, o qədər yanar ki, nefti qurtarar və təbii şəkildə sönər. Biri də budur ki, nefti qurtarmamış kimsə onu söndürər. (Tebyan)
Müasir zamanda ölümlərin çoxu qəti deyil, ani ölümlə dünyalarını dəyişərlər. Yəni, onun tezləşməsində bəzi amillərin təsiri vardır.
Hədislər buyurur ki, ani ölümlərin bir çoxu günahlara görə baş verər. İmam Sadiq (ə) buyurur: "O kəslər ki, günahların (vasitəsilə) ölərlər, təbii ölümlə bu dünyadan gedənlərin sayından daha çoxdur". Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Heç bir bədbəxtlik üz verməz, baş ağrısı və xəstəlik olmaz, məgər insanın gördüyü günahlarına görə".
Ani ölümlərə səbəb olan günahları tanıyaq:

1. Qohumluq əlaqəsini kəsmək. Həzrət Peyğəmbər (s) buyurur: "Sileyi-rəhm evləri abad edər və ömürləri artırar, baxmayaraq ki, onu yerinə yetirən yaxşı insan olmasa belə".

2. Yalan. Yalan insan həyatına çox ziyan vurar, o cümlədən ömrünü qısaldar. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, yalandan and içər və bilər ki, yalandır - Allahla döyüşə gedər. Həqiqətən yalan and evləri sahibsiz edər və övladların yoxsul olmasına səbəb olar".

3. Zina. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman məndən sonra zina yayılar, ani ölümlər çoxalar".

4. Valideynlərə əziyyət vermək. İmam Sadiq (ə) buyurur: "Pənah aparıram Allaha o günahlardan ki, məhv etməkdə tələsər, ölümləri yaxınlaşdırar və evləri sahibsiz edər. Onlar ibarətdir: qohumluq əlaqəsini kəsmək, valideynə əziyyət vermək, ehsan və yaxşılıqdan əl çəkmək".
Hər birimiz ölməzdən əvvəl özümüzü ölümə hazır etməliyik. Necə ki, Əmirəl-möminin (ə) bunu edir və buyururdu: "Allaha and olsun ki, Əbu Talibin oğlu ölümə, körpənin anasının sinəsinə yaxın olduğundan daha yaxındır".
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 355
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri