Həzrət Ümmül Bənin

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 2 029
Səs ver:
(səs: 1)
Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya gətirsin. Həzrət Əlinin (ə) bu cür istəyində məqsəd nə olduğunu heç kəs hətta Əqilin özü belə başa düşmədi. Zaman keçdi Kərbəla hadisəsi bu sirrin üstündən pərdələri çəkdi. 
Sən, Ey Fatimeyi Kəlabiyə! İffətinlə şöhrət qazanmışdın... O zaman sənin kimi xanımlar olsa da nə üçün həzrət səni bəyəndi amma bunu bilirəm ki, sən Heydərin (ə) evində gəlin oldun.
Yenə bəziləri qeybət etməyə başlamışlar ki, bundan sonra Həsən, Hüseyn, Zeynəb və Ümmü Külsüm günləri daha da qara olacaq. 
Lakin sən mərifətini elə o zaman göstərərək həzrət Mövla Əli (ə) ilə şərt kəsdin ki, bundan sonra məni Fatimə çağırma. Hər dəfə məni o gövhərin adı ilə çağıranda uşaqların anaları üçün ağladığını görürəm. Əlinin (ə) evinə gəldiyin birinci gündən Zeynəbə (s) ərz etdin ki, mən bu evin gəlini yox xidmətçisi sən isə evin xanımısan. Bax bu cür başladı yaşayışınız və camaatın bəhanəsi kəsildi, amma Allah Əliyə (ə) və sənə bir övlad əta etdikdən sonra yenə də hər kəs bir söz deməyə başladı. Biri dedi: daha bitti hər şey, bu da sonu, daha Zəhranın (s) övladları gözdən düşəcək amma... .
Həmin gün Əli (ə) və övladları süfrə başında oturmuşlar. Abbası qucağına alıb asta-asta onların yanına gedib Abbası Zəhra (s) balalarının başına dolandıraraq hamını heyran etdin. 
Abbasım sizə fəda olsun! Yavaşca deyib ağlayırdın. Abbasım sənə fəda olsun Həsən can! Abbasım sənə fəda olsun Zeynəb can! Abbasım sənə fəda olsun Ümmü Külsüm! Nəhayət Abbasını Hüseynə (ə) fəda etdin. 
Adın Fatimə idi amma Fatimə deyə çağırılmaq istəmirdin. İlk dəfə Fatimə çağırıldıqda oturub göylərin və yerin xanımlar xanımı olan həzrət Fatiməyə (s) ahu zar edib ağladın. Özünü onun əzəməti ilə müqayisə edib dedin: "Məni Fatimə çağırma”. Fatimə peyğəmbərin (s) Kövsəri və varlıq aləminin anasıdır. Əgər ləyaqətim varsa mən onun kəniziyəm.
Bəli düzdür ki, sən Peyğəmbərin (s) Kövsəri deyildin amma amma onun məktəbinin məzunu idin. Lakin bu gün Bəqi qəbristanlığı yeni qonağını qəbul edir. Bu gün sən Fatimə binti Əsədin və imam Həsənin (ə) qəbri kənarında torpağa tapşırıldın.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri