Nəfsin arzularının acısı Axirətdə hiss ediləcək

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 2 197
Səs ver:
(səs: 1)
İbrahim əl-Havvas rahiməhullah belə izah etmişdir:
"Luka dağında idim. Bir nar ağacı gördüm və canım nar çəkdi. Ağaca yaxınlaşıb bir dənə qopardım. İkiyə bölüncə hələ yetişməmiş olduğunu gördüm. Narı buraxıb yoluma davam etdim. Bir az irəlidə, başına iri eşşək arıları toplanmış olan yerə uzanmış bir adam gördüm. adama:
- Əssəlamu əleykum! Dedim.
- Və aleyke's-salam ey İbrahim! Deyərək salamımı aldı. Adımı söylədiyi üçün çox heyrətləndim. ona;
- Sən məni haradan tanıyırsan? Deyə soruşdum.
mənə;
- Buralarda kim dolaşır ki belə! Deyə cavab verdi.
Mən də ona;
- Sən də Allaha yaxın bir hal görürəm! Səni bu eşşək arılarından qurtarmasını Ondan istəsəydin ya! Dedim.
Adam da mənə belə dedi.
- Mən də səndə Allaha yaxın bir hal görürəm! Sən də canının bir şey çəkdiyində nəfsinin arzularından səni qurtarmasını Allahdan istəsəydin ya! Çünki nəfsin arzularıyla nar yeyən ağrısını axirətdə çəkər; lakin eşşək arılarının verdiyi acı dünyada hiss edilər. "
- İmam Yâfiî
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri