İslama iman gətirən ilk şəxs

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 2 117
Səs ver:
(səs: 0)
Əli (ə)-ın həyatının ikinci hissəsini besətdən sonra və hicrətdən əvvəlki dövr təşkil edir. Bu dövr on üç ildən artıq olmamışdır. Əli (ə) bütün bu müddət ərzində Peyğəmbərin (s) hüzurunda olmuş və müəyyən vəzifələri öhdəsinə almışdı. Bu dövrün həssas və maraqlı məsələləri Imam (ə)-a nəsib olmuş bir çox iftixarlardır. Belə ki, bu iftixarlar tarix boyu Əli (ə)-dan başqa heç kəsə nəsib olmamışdır. Onun ilk iftixarı islamı hamıdan əvvəl qəbul etməsi, daha dəqiq desək, qəbul etmiş olduğu çoxdankı müsəlmançılığını aşkar etməsi idi. Islamı qəbul edib tövhid ayininə iman gətirməkdə qabaqcıl olmaq Quranın təkid etdiyi işlərdəndir. Quran aşkar şəkildə elan edir ki, islamı qəbul etməkdə qabaqcıl olan şəxslər Haqq-Taalanın razılığını kəsb etməkdə və ilahi rəhmətə nail olmaqda da qabaqcıldırlar. Quran "islamı qəbul etməkdə qabaqcıl olmaq" mövzusuna o qədər əhəmiyyət vermişdir ki, hətta Məkkənin fəth olunmasından əvvəl iman gətirib Allah yolunda öz mal və canlarından keçənləri, məkkəlilərə qələbə çaldıqdan sonra iman gətirib cihad edənlərdən üstün tutmuşdur. İslamın ilk çağlarındakı müsəlmanlara və Mədinəyə mühacirət etməzdən əvvəl islamı qəbul edənlərə gəldikdə isə, onlara daha artıq üstünlük verilir.
Izah: Məkkə şəhəri hicrətin səkkizinci ilində fəth edilmişdi və islam Peyğəmbəri (s) besətdən on səkkiz il sonra bütpərəstlərin sığındıqları Məkkə şəhərini fəth etmişdir. Məkkənin fəth edilməsindən əvvəl iman gətirənlərin imanlarına ona görə üstünlük verilir ki, onlar hələ islamın Ərəbistan yarımadasında hakimiyyətə çatıb qüvvəyə minmədiyi, hələ də bütpərəstlərin mərkəzlərinin alınmaz bir qala sayıldığı və müsəlmanların mal və canlarını növbənöv təhlükələr qarşısında təhdid olunduğu bir vaxtda iman gətirmişdilər. Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsi, Ovs və Xəzrəc qəbilələrinin, eləcə də Mədinə ətrafındakı qəbilələrin islamı qəbul etmələri nəticəsində müsəlmanların nisbi qüdrət əldə edərək hərbi əməliyyatların çoxunda qələbə çalmalarına baxmayaraq, təhlükə tamamilə aradan qaldırılmamışdı. Islamı qəbul edib mal və candan keçməyin yüksək bir dəyərə malik olduğu halda, sözsüz ki, Qüreyşin qüdrətindən başqa bir qüdrətin, barışmaz və düşmən qüvvələrindən başqa bir qüvvənin olmadığı bir şəraitdə imanı aşkar edib islamı qəbul etmək daha artıq və daha yüksək bir dəyərə malik olmalıdır. Məhz bu səbəbdən də Məkkədə və Peyğəmbərin dostları arasında islamı hamıdan əvvəl qəbul etmək heç bir fəzilətlə müqayisə oluna bilməyən iftixarlardan hesab olunurdu. Ömər özünün xilafəti dövründə islamın ilk çağlarında işkəncəyə məruz qalmış altıncı müsəlmandan-Xəbbabdan soruşdu ki, Məkkə müşrikləri səninlə necə rəftar etmişdi? O, öz köynəyini çıxarıb kürəyindəki yanıqları və işkəncə izlərini xəlifəyə göstərdi və dedi ki, dəfələrlə mənə dəmir zireh geyindirir, saatlarla Məkkənin qızmar havasında, yandırıcı günün altında saxlayırdılar, bəzən od qalayıb məni odun üzərinə atır və od sönənə qədər onun üstündə o tərəfə-bu tərəfə sürüyürdülər.
Bəli, doğrudan da ən böyük fəzilət və mənəvi üstünlük islam yolunda hər cür əzab-əziyyət və işkəncələrə canla-başla sinə gərərək bu cətinliklərə səmimi qəlbdən qəbul edən şəxslərə məxsusdur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri