Əli (ə)-ın anasının şəxsiyyəti

Müəllif: heyatim_menim
Şərhlər: 6
Baxılıb: 1 438
Səs ver:
(səs: 3)
Onun anası Haşimin oğlu Əsədin qızı Fatimə (Fatimə binti Əsəd) və peyğəmbərə iman gətirən ilk qadınlardan biridir. O, besətdən qabaq Ibrahim (ə)-ın ayininə itaət edirdi. O, həmin ismətli qadındır ki, doğum ağrısı şiddətlənəndə Kəbənin divarına yaxınlaşır və belə deyir: "Ilahi, Sənə, Sənin tərəfindən göndərilən peyğəmbərə, nazil olan kitablara və həmçinin bu evi tikənin–cəddim Ibrahimin sözlərinə tam imanım vardır. Pərvərdigara, bu evi tikənin ehtiramına və mənim bətnimdə olan uşağın xatirinə bu uşağın təvəllüdünü (doğuşunu) mənim üçün asan et!"
Bir neçə an keçmədi ki, Fatimə möcüzəli şəkildə Allah evinə daxil oldu və orada uşağı dünyaya gətirdi. Bu böyük və fəzilətli hadisəni tarix, hədis və ənsab elminin alimləri öz kitablarında nəql etmişlər. Sünnü alimlərinin arasında da bir çoxları bu həqiqəti aydın şəkildə göstərmiş, onu Əli (ə) üçün misilsiz bir fəzilət hesab etmişlər. Hakim Nişapuri deyir: "Əli (ə)-ın təvəllüdünün Kəbənin daxilində olması mütəvatir şəkildə bizə gəlib çatmışdır." Tanınmış müfəssir Alusi Bağdadi yazır: "Əli (ə)-ın təvəllüdünün Kəbədə olması dünya millətləri arasında yayılıb məşhurlaşmış və indiyə kimi heç kim belə bir fəzilətə nail olmamışdır."
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri