Hz.Fatimə (s.ə)-ın Əbu Bəkrə münasibəti

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 1 620
Səs ver:
(səs: 1)
Məhəmməd vəfat etdikdən sonra hakimiyyətə gələn Əbu Bəkr onun mirasında qənaət edilmə əmrini verdi. Fatimə "mən Məhəmmədin qızıyam və hər kəsin atasından miras aldığı kimi mən də atamdan miras alıram" desə də, Əbu Bəkr belə dedi: "Mən Peyğəmbərdən eşitdim ki, belə buyurdu: Biz peyğəmbərlər miras qoymarıq, bizlərin geridə qoyduqları şey sədəqədir". Fatimə bu sözü eşidəndə heyrətə qapılaraq "mən onun varisi olduğum halda necə olur ki, mənim bu rəvayətdən xəbərim olmur, yaxud hamınızdan atama daha yaxın olan Əlinin necə olur bundan xəbəri olmaz! Fatimə bu şəkildə xəlifənin qarşısında dayanmış, Mühacir və Ənsar Məscidül-Nəbidə olduğu zaman bir xütbə oxumuş və Quranda keçən miras ayələri ilə Əbu Bəkri şiddətlə məhkum edərək, qınamışdır. Təkcə Şiə alimləri yox, hətta eynilə bəzi Əhli-sünnə alimlərinin yazdığına görə, Məhəmməd həyatda ikən "وَاٰتِ ذَا الْقُرْبٰى حَقَّهُ" (Yaxın qohuma haqqını ver.) ayəsi (İsra, 26) nazil olduqda Fədəyi Fatiməyə verib. Səhih Buxaridə rəvayət edildiyinə görə, Əbu Bəkr, Fatiməyə Məhəmmədin: "Biz peyğəmbərlər irs qoymarıq, bizlərin geridə qoyduqları sədəqədir" - dediyini deyəndə, Fatimə hirslənir və ondan üzünü çevirir və ölənə qədər ondan uzaq duraraq ondan üz çevirir. Fatimənin qəzəb və narazılığı barədə Əhli sünnə alimləri də Məhəmməddən belə bir rəvayət nəql edirlər: "Fatimə mənim bir parçamdır, hər kim onu qəzəbləndirsə məni qəzəbləndirir."
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri