Mədinəyə hicrət 622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır. Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.
Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir.
Mədinədə Məhəmməd dövrü Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir.[6][14][50] 622-632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir.