Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan!

Müəllif: heyatim_menim
Şərhlər: 1
Baxılıb: 2 309
Səs ver:
(səs: 1)
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və üsyankar cinlər zəncirlənir, Cəhən­nə­min bütün qapıları bağlanaraq heç bir qapısı açılmır. Cənnətin bütün qapıları açılalaraq heç bir qapısı bağlanmır. Bir carçı belə səslənir: “Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan! Allahın oddan azad etdiyi kimsələr vardır və bu, hər gecə belədir”. (ət-Tirmizi, 682).
Digər rəvayətdə isə belə deyilir: “Uca Allahın Ramazan ayının hər günü və gecəsi (Cəhənnəmdən) azad etdiyi qulları vardır. Hər bir müsəlmanın da Ramazan ayının günü və gecəsində qəbul olunan duası vardır”.
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, o gün: “Oruc tutanlar haradadır?”– de­yi­­ləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapı­dan ke­çə bilməyəcək, onlar içəri daxil olduqdan sonra qapılar bağlanacaq və bun­dan sonra heç kəs o qapıdan Cənnətə daxil ola bilməyəcək.” (əl-Buxari, 1896).
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri