Fəqir kimə deyilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 180
Səs ver:
(səs: 1)
Fəqir ərəb dilində "yoxsul, kasıb, möhtac" deməkdir. Fəqr (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz" (Mühəmməd, 38). Fəqirlik bəzən mənəvi kasadlıq mənasında işlədilsə də, daha çox maddi yoxsulluq mənasında anlaşılır. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcınə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur. Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzıfəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçınin, sədəqə bu cür şəxslərə ünvanlanır.

Fəqirə yardım göstərmək İslamda çox böyük savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq böyük günahdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri