İnsan bu dünyada qəribdir

Müəllif: heyatim_menim
Şərhlər: 6
Baxılıb: 2 561
Səs ver:
(səs: 2)
İnsan bu dünyada qəribdir, çünki onun əsl vətəni Cənnətdir. O Cənnət ki, Allah atamız Adəmi ora­dan bu dünyaya endirmişdir. Həmçinin, insan bu dünyada müsafirdir. Çünki, bu dünya müvəqqəti, Axirət isə əbədi məskəndir. Müsafir yola çıxdıqda özü ilə ona lazım olan azuqəni götürür. Odur ki, müvəqqəti məskəninizdən əbədi məskəniniz üçün tədarük edin.
“Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).
Abdullah ibn Ömər demişdir: “Bir dəfə Pey­ğəm­bər salləllahu aleyhi və səlləm mənim çiynimdən tutub dedi: “Dünyada qərib, yaxud müsafir kimi ol!” (Hədisi danışan ravilərdən biri) demişdir: “İbn Ömər deyərdi: “Axşama çıx­dı­ğın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman da axşamı gözləmə! Sağ­lam­lı­ğın­dan xəstəliyin üçün və həya­tın­dan vəfatın üçün tədarük et!” (əl-Buxari, 6416).
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri