Şəhidliyin növləri

Müəllif: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 2 467
Səs ver:
(səs: 0)
Şəhid kimdir?
Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Allahın nemətlərinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Allaha iman gətirən və Allahın yolunda döyüşərək öldürülən şəxsdir. Bu ən üstün şəhidlik mərtəbəsidir. Lakin şəhidlik bununla bitmir. Başqa növ şəhidlər vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz hədislərində onlar haqqında xəbər vermişdir.
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Aranızda şəhid olanlar haqqında nə deyirsiniz?” Dedilər: “Şəhidlər Allah yolunda öldürü­lənlərdir”. O buyurdu: “Elə olduqda, həqi­qə­tən, ümmətimin şəhidləri az olar; Allah yolunda öldürülən şəhiddir, Allah yolun­da ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, vəba xəstəliyin­dən ölən şəhiddir”. (İbn Məcə 2804).

Şəhidliyin növləri
Həmçinin, Peyğəmbər başqa hədislərdə şəhidliyin aşağıdakı digər növlərini qeyd etmişdir:Taundan ölmək, boğularaq ölmək,yanaraq ölmək şəhidlikdir,seldə boğulmaq, doğuş zamanı ölən qadını isə uşağı cifti ilə Cənnətə sürükləyəcək.Bədəni hər hansı bir dəmirlə deşilərək ölmək,dağıntı altında qalaraq ölmək,vəhşi heyvan tərəfindən parçalanaraq öl­mək,ağ ciyər iltihabından ölmək,malını qoruyarkən öldürülmək,dininə görə öldü­rülmək,canını müdafiə edərkən öldürülmək,ailəni müdafiə edərkən öldürülmək,haqsız yerə öldürülmək.

Taun haqqında
Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Taun xəstəli­yindən ölən hər bir müsəlman şəhid sayılır”.

Allah Elçisinin salləllahu aleyhi və səlləm azad etdiyi Əbu Asib y adlı kölə rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Cəbrail qız­dır­ma və taun ilə yanıma gəldi. Qızdırmanı Mədinədə saxlayıb, taunu Şama gön­dər­dim. Taun ümmətim üçün şəhidlik, kafir üçün isə murdar­lıqdır”.

Rəvayət edilir ki, Peyğəmbərin salləllahu aleyhi və səlləm zövcəsi Aişə O demişdir: “Bir dəfə mən Peyğəmbərdən salləllahu aleyhi və səlləm taun barəsində soruşdum. O mənə dedi: “Bu bir əzabdır, Allah onu istədiyinə göndərir. Allah onu möminlər üçün bir mərhəmət et­mişdir. Belə ki, yaşadığı məmləkətdə taun yayılmış bir adam sə­bir edərək və savabını Allahdan umaraq, üstəlik bu xəstəliyin ona yal­nız Allahın qəzavü-qədəri ilə yoluxa biləcəyinə etiqad edərək o yerdə qalarsa, ona şəhidin savabı qədər savab yazılar”. (əl-Buxari 3474).

Peyğəmbərlərin və şəhidlərin qibtə etdiyi kəslər

Allah Elçisi salləllahu aleyhi və səlləm demiş­dir: “Həqiqətən, Allahın elə qulları vardır ki, onlar peyğəmbər deyil­lər, lakin peyğəm­bər­lər və şəhidlər onlara qibtə edirlər”. Dedilər: “Onları bizə vəsf et, biz də on­ları sevək”. O buyurdu: “Onlar, aralarında qohumluq əlaqə­ləri olmadan Allahın nuru ilə bir-birlərini sevən bir qövmdür. Qiya­mət günü onlar nurdan düzəldilən minbərlərin üzərində üzləri nur saça­raq duracaqlar. Onlar insanlar qorxduğu zaman qorxmaz və insanlar kədərləndiyi zaman da kədərlənməzlər”. Sonra Allah Elçisi salləllahu aleyhi və səlləm bu ayəni oxudu: “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlən­məyə­cəklər” (Yunus, 62)”.

Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Uca Allah buyurdu: “Mənə görə bir-birlərini sevən­lərə məhəb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olan­lara mə­həb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edən­lə­rə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini zi­ya­­rət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuş­dur. Mənə görə bir-birlərini se­vən­lərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edər­lər”.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri