Kafirlə müşrikin fərqi nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 869
Səs ver:
(səs: 1)
Küfr sözünün lüğətdəki mənası - örtməkdir. Gecəni bəzən kafir adlandırırlar, çünki hər şeyi qaranlığa qərq edər. Tarlanı kafir adlandırırlar, çünki toxumları torpaqda gizlədir. Dinimizdə kafir sözü - neməti inkar edənlərə aid edilir. Yəni, kafir o kəsdir ki, Allahın vacib etdiklərini inkar edər. O cümlədən Allahın vahid olmasını, Peyğəmbərin (s) nübuvvətini və Peyğəmbərin (s) gətirdiklərini inkar edər. Kafir o kəsdir ki, dinin üsul və zərurətlərini inkar edər.

Quran ayələrinə nəzər salan zaman aydın şəkildə görmək olur ki, kafir o kəsdir ki, həm bilərəkdən və özünü elmli saymaqdan dinin vacibatlarını inkar edər, həm də nadanlığı üzündən bu işi görər. Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər. (Bəqərə 6).
Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən inkar etdilər. (Nəml 14).
İlahi əzab mövzusunda o kafirlər ki, cahillikləri üzündən kafir olublar, düşüncə məzlumlarının hökmündə gedir. Allahın ən ağır əzabları o kafirlərə şamil olur ki, bilərəkdən və elmlərinə görə vacibatları inkar ediblər. Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. (Bəqərə 39).
Şirk sözü - şərik mənasını verir. Yəni, insan elə əməl edə ki, həmin əməldə Allaha şərik qoşa. Ona görə də müşrik o kəsdir ki, Allaha şərik qoşar. Bu cür insan bağışlanılası deyildir, məgər o halda ki, dünyada ikən nəsuh tövbəsi etsin.
Şirkin növləri vardır ki, onlarla tanış olaq:
1. Xilqətdə şirk etmək. (Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır. (Ənam 100).
2. İlahların çox olması. (Musa) dedi: O sizin də, ulu babalarınızın da Rəbbidir. Firon dedi: Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!. (Şuəra 26-27). Firon Allahın tək olduğunu eşidən zaman, Həzrət Musanı (ə) divanə adlandırır.
3. İbadətdə şirk. Allaha deyil, günəşə, Aya ibadət etmək. Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O, yaratmışdır və O, hər şeyi biləndir. (Ənam 101).
Müşriklər Allaha etiqad bəsləyirlər və deyirlər ki, bu dünyada olan hər şeyi Allah yaratmışdır. Ancaq Allaha şəriklər qoşmuşdular.
Beləliklə deyə bilərik ki, kafir o insana deyilir ki, bilir ki, bu aləm - Allahın xilqətidir. Ancaq inadı üzündən onu inkar edir və qəbul etmir. Ancaq müşrik bu dünyanın Allah tərəfindən xəlq olduğunu bilir və qəbul edir, ancaq ona şəriklər qoşur.
Hər bir belə zəlalətdən Uca Allaha pənah aparırıq.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri