Allah qadınları yaradarkən heç nəyi unutmayıb...

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 662
Səs ver:
(səs: 0)

 

Bu gerçək sözləri  bütün qadınlara çatdırın, onlara necə olduqlarını xatırlatmaq üçün, kişilərə isə bunları unutmamaq üçün.

 

Qadınlar ətrafdakıları heyrətləndirməkdə çox güclüdürlər. Onlar hər hansı bir münaqişəni, xoşagəlməz halları səbrlə həll edə bilir, lakin sevinc, məhəbbət və səadət də onların əlindədir. Onlar qışqırmaq, hayqırmaq istədiyi anda sadəcə gülümsünürlər. Onlar qəhərlənəndə züm-zümə edirlər. Onlar sevincli anlarında belə ağlayır,  hirsləndiyi anda  gülə bilirlər. Onlar öz əqidəsinə sadiqdirlər və daim ədalət naminə mücadilə edirlər. Onlar yox cavabını qəbul etmirlər, daha yaxşı qərar ola biləcəyinə inanırlar. Onlar ailə naminə özlərinə çox şeyi əsirgəyirlər. Onlar bütün qəlbi ilə sevirlər. Onlar uşaqlarının və yaxınlarının nailiyyətini görəndə ağlayırlar. Onlar toy və doğum haqqında eşidəndə sevinirlər. Onlar ölüm xəbərindən hədsiz kədərlənir, başqalarının dərdinə şərik çıxırlar. Onlar yaxın ailə üzvünü itirəndə sarsılır, hətta taqətsiz olsalar belə qürurla yaşayırlar. Onlar bilirlər ki, qayğı və mərhəmətlə bütün yaraları sağaltmaq olar.

 Qadınlar fərqli görünüşə, xarakterə, temperamentə  malikdirlər. Onları hər sahədə - məişətdə,  istehsalatda, siyasətdə uğur qazanmış cəmiyyətin tamhüquqlu üzvü kimi görmək olar. Qadınların iştirakı ilə həyat davam edir, onlar sevgi  və ümid bəxş edirlər, ruhlandırırlar, mənəvi dayaq kimi ailəsini, dostlarını müdafiə edirlər.

 

Qadınlar kişilərə nisbətən səhvləri və incikliyi daha asan  bağışlayırlar.

 

Deyirlər insan yaşlaşana qədər uşaqlıqdakı bəzi xasiyyətlərindən əl çəkə bilmir. Məsələn, kişilərin bəziləri ailəyə  tam məsuliyyətlə deyil, səthi  yanaşırlar, özlərini ailə başçısı kimi  deyil, kaprizli uşaq kimi aparırlar. Digərləri isə uşaq oyuncaqları ilə yetərincə   oynayıb doymadığı üçün maşın, silah və digər başqa əşyaların kolleksiyasını yığmaqla məşğuldurlar.

İspan mütəxəssisləri isə uşaqlara məxsus olan daha bir cəhəti kişilərdə  aşkarlayıb. Məlumdur ki, valideynlər uşaqlarını daha tez və asanlıqla bağışlayırlar.  Alimlər elə qadınların da bu cür hərəkət  etdiyini açıqlayırlar. Psixoloqların sözlərinə görə, başqasını bağışlamaq xüsusiyyəti  - daha həssas və qəlbi kövrək insanlara məxsusdur. Qadınlar kişilərə nisbətən başqalarının hisslərinə qarşı daha həssasdırlar.

 

  Bu tədqiqatı alimlər 45-60 yaşlı valideynlər və onların 17-25 yaşlarında olan  uşaqları arasında aparmış, belə qənaətə gəlmişlər ki, daha çox bağışlamağı bacaran valideynlər övladlarında bu keyfiyyətləri formalaşdıra bilirlər. Küsməyi sevməyən, tez barışan, başqasını anlamağa çalışan insan digərlərinin səhvini tez bağışlayır. Məlum olmuşdur ki, kişilər incikliyə  daha çox əhəmiyyət verir və bağışlayıb-bağışlamamaq haqqında çox düşünürlər. Burada diqqət çəkən məqamlardan biri bir tərəfdən peşmançılığı göstərmək, o biri  tərəfdən isə digər tərəfə qarşı kin saxlamamaqdır.

 

Xanımlar,özünüzü sevin ki sizi sevsinlər!

Biz hər şeyin gözəlinə layiqik!


Redakte etdi: Pretty girl

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri