Özüm və sizlər üçün dua....

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 959
Səs ver:
(səs: 3)
Özüm və sizlər üçün dua....

Bismillahir Rəhmanir Rəhim. Həmd olsun aləmlərin Rəbbinə.

Ey əzəmətinin, möcüzələrinin sonu olmayan, Peygəmbər(s.a.v) və onun pak əhli-beytinə salavat göndər və bizi əzəmətinin qarşısında azmaqdan saxla.

Ey hökmdarlığının sonu olmayan bizə Öz əzabından nicat ver.

Ey Rəhmət xəzinələrinin sonu olmayan, bizə Öz Rəhmətindən bir nəsib qərar ver.

Ey gözlər Səni anmaqdan yorulan kəs bizi Özünə yaxin et. Bizi Öz yaninda rusvay etmə, Başqalarından ayrilmaq qorxusunu özünə birləşməklə kifayət et ki, Sənin ehsan etdiklərini başqalarından istəməyək və Sənin bəxşinlə heç kəsdən qorxmayaq.

Ilahi hər bir işdə bizim xeyrimizə çarə et və bizim ziyanımıza çarə etmə. Bizi qalib et və başqalarını bizə qalib etmə.

Ilahi Öz qəzəbindən qoru, Öz dərgahından Uzaqlaşdırma, hər kəsi Sən qorusan salamat qalar. Sənə biz bəndələrin yaxinlaşmasaqda, Sən bizi tənha qoyma, çünki Sən yaradansan, bizlər yaradılan. Sənin hidayət etdiyin bilici olar. Özünə yaxinlaşdırdığın qənimət aparar.

Ilahi bizi zamandakı müsibətlərin Çətinliklərindən, şeytan tələlərinin şərrindən və Hakimin qəzəbinin acliğindan qoru.

Ilahi şubhəsiz ki, ehtiyacsızlar Sənin lütfün sayəsində ehtiyacsızdırlar. Peyğəmbər (s.a.v) və Özündən başqalarına nisbətdə bizə kifayət et. Həqiqətdə bağişlayanlar Sənin verdiyinin çoxluğundan bəxşiş edirlər və bizi hidayət et.

Ilahi Sənin kömək etdiyin kimsəni heç bir qüdrət zəlil edə bilməz. Hər kəsə Sən ehsan etsən, heç kəs ona qarsı bəxşişini əksildə bilməz. Sənin hidayət etdiyini heç bir kəs azdiran yoldan yuvarlada bilməz.

Ilahi izzətinlə bizi bəndələrinin şərrindən qoru Öz bəxşinlə bizi başqalarının bəxşindən ehtiyacsız et və hidayətinlə bizi Haqq yoluna apar. Imam Huseynə (a) tökülən yaşlar hörmətinə, səcdədə ağlayan gözlər hörmətinə, qəzəbinlə bizlərə baxma ya Rəbbim. Muhamməd (s.a.v) və Fatimeyi Zəhra (s) qizinin eşqinə, Quran eşqinə, Kəbə eşqinə, əhli-beyt eşqinə, bizləri bağışla ya Rəbbim. Uhud Döyüşündə tökülən qanlar eşqinə bizləri özünə yaxin bil ya Rəbbim.

Ey mənim Rəbbim subay bəylərə və xanimlara gözəl əxlaqlı  yar nəsib Eylə.

Yetiş imdadımıza bizə yol göstər Özün. Seni dərk etmək üçün bizə idrak ver Ozun. Bir-Birindən xoş olan, ötən hər bir çagımız, gunu-gundən ucalsın.  Bu Vətən torpağımız ey mənim Rəbbim.

Amin deyən diliniz, yazan əlləriniz var olsun. Allah dualarımizı qəbul etsin!

Allahummə Salli Ala Muhammədin Və Ali Muhamməd Və Eccil Fərəccəhum!


Redakte etdi:  Pretty girl

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri