Quranın dörddə biri olan surə

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 194
Səs ver:
(səs: 0)
"Kafirun" surəsi Quranın kiçik surələrindəndir ki, Məkkədə nazil olmuşdur. Tarixdə oxuyuruq ki, o zaman Peyğəmbərin (s) dəvəti ciddi olur, Qureyş istehza etməyə başlayır. Ancaq sonradan Həzrətlə (s) sözləşməyə əyləşir. Deyirlər ki, gəl bu işdən əl çək və qalan işi bizə burax. Sənə dünya nemətlərindən hər nə istəsən, verərik. Mal, sərvət, vəzifə - hər nə istəsən sənə verərik. Həzrət Rəsul (s) da vasitəçilik edən Həzrət Əbu Talibə buyurur: "Əgər günəşi sağ əlimə və Ayı sol əlimə versələr, mən bu dəvətdən əl çəkmərəm".

Qureyş görür ki, məsələ bu cür həll olmayacaqdır. Başqa yola əl atırlar. Deyirlər ki, gəl bir neçə il biz sənin Allahına pərəstiş edək və bir neçə il də sən bizim bütlərimizə. Əgər sən düz deyirsənsə, biz həmin xeyirə çatarıq, əgər biz düz deyiriksə, sən bizimlə şərik olarsan. Həzrət (s) buyurdu: "Bu, olan şey deyildir".
Üçüncü mərhələdə bir qədər də geri çəkildilər və dedilər: "Sən gəl bir dəfə bizim bütlərə əl vur və biz də dualarımızı edək. Sadəcə mərasimlərdə bizimlə bir yerdə ol". Həzrət (s) təbii ki, qəbul etmədi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu surə nazil olub, hər şeyi açıqladı. "(Ya Peyğəmbər!) De: "Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri), Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)"".
Hədislərin birində oxuyuruq ki, hər kim yatmazdan əvvəl bu surə ilə "Tövhid" surəsini oxuyarsa, şirk onun ətəyindən yapışmaz.
Başqa bir hədisdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurub: "Bu surə - Quranın dördə biridir. Halbuki "Tövhid" surəsi Quranın üçdə biridir. Əgər insan onu üç dəfə oxuyarsa, bir Quran xətm etmiş kimi olar".
İmam Sadiq (ə) buyurur: "Əgər kimsə "Kafirun" və "Tövhid" surəsini vacib namazında oxuyarsa, Allah Təala onu, ata və anasını və nəslini bağışlayar. Əgər batində bədbəxt olsa, Allah onun adını bədbəxtlərin divanında məhv edər, səadət əhlinin divanına yazar".
İnsan əgər keçmişdəki giriftarlıqlarından nicat tapmaq istəyirsə, bu surəyə təvəssül etsin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri