Kimin yanında hicabı açmaq olar?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 746
Səs ver:
(səs: 0)
Qadına məhrəmlərin (həmin qadınla evlənməsi qadağan olanların) yanında hicabı açmağa icazə verilir. Qadın məhrəmlərin yanında başı, boynu, dirsəyinə qə­dər qolları, dizinə qədər ayaqları açıq gəzə bilər.

Ər üçün isə heç bir məhdudiyyət yoxdur. Beləliklə, qadın aşağıdakıların yanında hicabı aça bilər: əri, atası, əmisi, dayısı, oğlu, ərinin başqa qadından olan oğlu, doğma və süd qardaşı, nəvəsi, qardaşının və bacısının oğlu, ana və atanın dayısı və əmisi, qayınatası, kürə­kə­ni və babaları. Bunlardan başqaları naməhrəmdir və onlarla ailə qurmağa icazə verilir.
Uca Allah buyurur:
"​Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. " (ən Nur, 31).
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri