Niyə namazda özümüzə salam göndəririk?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 151
Səs ver:
(səs: 0)
Namazın təhlili dedikdə məqsəd odur ki, namazın təslim və axırıncı salamlarını verəndən sonra namazın əksinə olan işləri yerinə yetirmək caizdir. O cümlədən danışmaq. (İslami saytlara istinadən)
Bəzi hədislərdə isə oxuyuruq ki, namazın sonunda verilən salamlar dünya və axirət bəlalarından amanda olmaq vasitələridir. İmam Sadiq (ə) bu haqda buyurur: "Hər bir namazın sonunda verilən salamlar - əmin-amanlıqdır. Yəni, hər kim İlahi əmri və Peyğəmbərin (s) sünnətini Allah qarşısında müti və təvazökar halda yerinə yetirərsə, onun üçün dünya bəlasından pənah yeri və əmin məqam olar. Axirətdə İlahi əzaba görə bəraət və xilas olmaq olar".
Salam özü - Rəhim və Rəhman olan Allah tərəfindən deyilən sözdür. Ona görə də hər kəsə, eləcə də özümüzə salam vermək rəhmət və bərəkətin nazil olmasına səbəb olar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Nə zaman evinə daxil olsan, de: "Bismilləh və Billəh". Sonra ev əhlinə salam ver və əgər evdə kimsə olmasa, de: بسم الله و سلامٌ علي رسول
الله و علي اهل بيته و السلام علينا و علي عباد الصالحين
"Bismilləh və səlamun alə Rasulilləh və alə Əhli-Beytihi vəs-səlamu aleynə və alə ibədis-salihin". Nə zaman bu kəlmələri desən, şeytan sizin evdən qaçar".
Beləliklə deyə bilərik ki, namazda özümüzə salam vermək - İlahi rəhmət və bərəkətə səbəb olar və bizi dünya və axirət bəlalarından qoruyan vasitə olar. Bundan əlavə, salam Allah tərəfindən deyilən söz olduğu üçün onu hər kəsə, eləcə də özümüzə vermək bizə bərəkətlər nazil edər və salehlərin zümrəsinə qoşulmağımıza yardım edər.
Bizim yadımıza salar ki, Allaha məhz saleh bəndə olmaq üçün ibadət edirik.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri