Uzun arzu niyə pisdir?

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 345
Səs ver:
(səs: 0)
Allahın Peyğəmbəri (s) İbn Məs'uda buyurdu: "Arzunu qısa et və səhər açılanda de: "Mən axşama çıxmayacağam" və axşam düşəndə de: "Səhərə kimi sağ qalmayacağam". Dünyadan ayrılacağına ciddi hazırlaş və Allaha qovuşmağı sev".
İmam Əli (ə) buyurur: "Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs, arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir".
Bəs uzun arzulardan necə xilas olaq? (Erfan)

Quran bizlərə bunun üçün bir neçə çıxış yolları təqdim edir ki, onların bəzisi ilə tanış olaq:
1. Ümid. İnsan əgər İlahi rəhmətə ümid bəsləyərsə və ondan namümid olmazsa, uzun arzularına qalıb gələ bilər. Ümid insanı kamala doğru aparır və əgər insanın ümidi olmazsa kamala çata bilməz.
2. Təvəkkül. Allaha təvəkkül etmək insana öyrədir ki, ondan da üstün bir varlıq vardır və ona söykənmək olar. Çünki O, məğlubedilməz bir dayaqdır. O, mümkünsüzləri mümkün edə bilir. Hər kim Ona təvəkkül edər, arzularına da diqqət edər.
3. Sağlam təfəkkür. İslam bizlərə təfəkkür etməyi və düşünməyi tövsiyə edən kamil bir dindir. İnsan əgər sağlam düşünərsə qeyri-əqli hisslərini məntiqli hisslərindən ayıra bilər və xəyala qapılmaz. O insan ki, səadətə çatmaq istəyir, gərək bu yolda çarə düşünsün.
Təfəkkür etmək arzuları qısaldar və hədəfini müəyyən edər.
4. Dua. Allah Təala Özü ilə bəndələri arasında olan rabitəyə xüsusi diqqət edir. Baxmayaraq ki, bəndələrinin qəlbində olanlardan agahdır, ancaq istəyir ki, bəndəsi Ona üz tutsun və Ondan istəsin. Onunla söhbət edib rabitə qursun. O kəs ki, Allahla raz-niyaz etməyi bacarır, arzularını uzun etməz. Çünki bilir ki, Allah onun arzularını və hacətlərini yerinə yetirəcəkdir. Ona görə də uzun arzular qurmağa ehtiyac qalmaz.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri