Bismilləhir-Rahmənir-Rahim ilə sağalan xəstəlik

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 032
Səs ver:
(səs: 0)
Ayətullah Zəncani deyir: ""Haşiyə kəfayi" kitabının müəllifi Şeyx Muhəmmədhüseyn İsfahani nəql edir: "Mən Nəcəfül-Əşrəfdə olan zaman təhsilimdə irəli gedə bilməmişdim, o zamana qədər ki, Seyyid Muhəmməd Vələdabadi vəfat etdi. İnsanlar mənim sorağıma gəlməyə başladılar. Mən gördüm ki, o şəraitdə deyiləm. Ona görə də Əmirəl-möminin (ə) hərəminə getdim və Mövla (ə) ilə dərdləşməyə başladım.

Dedim ki, mənim halım belədir. Müşkülüm vardır və Sizdən yardım istəyirəm. Oyaq və ya yuxu halında idim ki, mənə buyurdu: "Hər kim xəstəliyinə görə sənə müraciət etsə, bir "Bismilləhir-Rahmənir-Rahim" yaz və ona ver ki, müşkülü həll olacaqdır. Heç kəs əhkam üçün sənə müraciət etməyəcəkdir".

Alim deyir ki, mən öz yerimə qayıtdım və bir nəfər xanımının xəstəliyi üçün mənə müraciət etdi və mən də Həzrətin (ə) buyurduğu kimi etdim. "Bismillah"ı yazıb, həmin kişiyə verdim və xanımı sağaldı. Bu məsələ səbəb oldu ki, mənə çoxlu insan müraciət etsin. Müraciət edənlərin sayı o qədər çox idi ki, artıq evdə olan zaman bir neçə vərəqə "Bismillah"ı yazırdım ki, mənim üçün asan olsun. Bu səbəblə də əhkami sualları vermək üçün vaxt qalmırdı"".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri