Nə üçün Allah var-dövləti bəzi insanlara çox verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 364
Səs ver:
(səs: 0)
Kiminsə varlı olması onun xoşbəxt olması və ya axirətdə Cənnətə düşəcəyi mənasını vermir. Uca Allah insanları həm kasıblıqla, həm də var-dövlətlə imtahan edir. Varlı insan bu var-dövləti haradan qazanıb hara xərcləməsi haqqında sorğu-sual olunacaq. Haram şeylərə pul xərcləmək, israfçılıq etmək, malı daha da çoxaltmağa aludə olaraq Allahı zikr etməyi, axirəti unutmaq və s. varlı insanların etdiyi günahlardır. Həmçinin, varlı insanın boynunda malının bir hissəsini Allah yolunda xərcləmək, zəkat, sədəqə vermək kimi öhdəliklər var.

Qadinlar.BiZ zikr.az-a istinadən bildirir ki, var-dövlət çox olduqca, Qiyamət günü onun haqqında sorğu-sual da çətinləşir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: "Adəm övladı Rəbbi qarşısında beş şeydən hesab soruşulmadıqca qiyamət günü ayağını ayağının üstündən götürə bilməz: ömrünü necə yaşayıb, cavanlığını necə keçirib, sərvətini necə toplayıb və hara xərcləyib, öyrəndiyi elmə necə əməl edib". (ət-Tirmizi, 2416). Uca Allah buyurur: "Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir." (əş-Şura, 27).
Doğrudur, Uca Allah hər kəsin Cənnətə və ya Cəhənnəmə düşəcəyini əvvəlcədən bilərək yazmışdır, amma bununla yanaşı əməlləri etməkdə insana azadlıq vermişdir. Hər kəs Cənnəti və ya Cəhənnəmi yalnız öz etdiyi əməllərlə qazanır və bu əməllərə onu heç kim məcbur etmir.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri