İnsanı Əbdür-Rəhman edən namaz

Müəllif: adsiz-a
Şərhlər: 5
Baxılıb: 1 468
Səs ver:
(səs: 0)
Səhər çağı bütün gündüz və gecənin ən fəzilətli saatlarından hesab olunur. Onun fəziləti o qədər böyükdür ki, Allah Təala Quranda da ona and içmişdir. "Və and olsun sökülməkdə olan dan yerinə". ("Təkvir" 18).

Səhər çağı edilən bütün ibadət və dualar Allah dərgəhında qəbul olar və Pərvərdigarın xüsusi inayətini qazanar. ""Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru" deyən kəslər həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər". ("Ali-İmran" 16-17).
Səhər çağı səcdə və dua edənlər, Əbdür-Rəhmanın xüsusiyyətlərinə malik olar. Yəqin ki, siz də təxmin etdiniz ki, söhbət gecə namazından gedir. "Ey libasına bürünmüş. Gecə - az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt". ("Muzzəmmil" 1-3).
İbni Abbas nəql edir: "Hər kim gecənin yarısında iki rükət və ya çox namaz qılarsa, Əbdür-Rəhmandan hesab olunar".
Bu ayə haqqında: "Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır". ("Hud" 114). İmam Sadiq (ə) buyurmuşdur: "Möminin gecə namazı, gündüzünün günahını aradan aparar".
Bu ayə haqqında: "Onlar gecənin az bir hissəsini yatırdılar. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər". ("Zariyat" 17-18). İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim səhər çağı istiğfar edər, bu ayənin əhlindən hesab olunar". (Erfan)
Əhli-Beytdən (ə) nəql edilir: "Agah olun, Allahın salamı - səhər əhlinə və səhər çağı bağışlanma istəyənlərə şamil olar".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri