Filankəs namaza layiq deyil deyə Allah onu namaz qılmağa qoymur...

Müəllif: aziz a
Şərhlər: 4
Baxılıb: 4 273
Səs ver:
(səs: 0)
"Filankəs namaza layiq deyil deyə, Allah onu namaz qılmağa qoymur", "filankəs hicaba layiq deyil deyə, Allah ona şərait yaratmır ki, hicab bağlasın" kimi sözlər söyləmək düzgündürmü?
Qadınlar.biz islam.az-a istinadən bildirir ki, əvvəla, hər hansı hadisənin baş verməsinin əsil səbəbini və hikmətini anladığımızı iddia edə bilmərik. Səbəb biz düşündüyümüz də ola bilər, başqa səbəb də ola bilər. İkincisi, Allah heç kimi onun iradəsinin əksinə olaraq, günaha təhrik etməz. Əgər Allah belə etsəydi, bu, zülm sayılardı. Allah hər cür zülmdən uzaqdır, nöqsansızdır. Üçüncüsü, namaz qılıb-qılmamaq, hicab örtüb-örtməmək insanın öz iradəsinə bağlı məsələdir və bunun məsuliyyəti onun öz öhdəsindədir. Hansı yolu seçdiyinə görə Allah qarşısında cavab verəcək. Yuxarıdakı iddianı edənlər ya öz günahlarına haqq qazandırmaq üçün bunu deyirlər, ya da cahillikləri üzündən bunu söyləyirlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri