Tamah insanı həlak edər

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 484
Səs ver:
(səs: 0)
Tamah elə bir rəzil sifətdir ki, insanın şəxsiyyətini alçaldar və dəyərini azaldar. İnsan özünü dünyanın əsiri edər. İzzətini onun qarşılığında satar və abrını əldən verər. (Erfan)
Tamahın fərdi və ictimai təsirləri vardır ki, onlarla tanış olaq:

1. Tamah və hərislik insanı əbədi əziyyətə giriftar edər.
2. Tamahkar heç bir zaman tox olmaz və əgər bütün dünya onun olsa, yenə də özünü yoxsul hesab edir.
3. Tamahkar yoxsul kimi yaşayar və yoxsul kimi də ölər. Ancaq Qiyamət günü zənginlər kimi hesaba çəkilər.
4. Sun.Az deyerler.org-a istinadən bildirir ki, Tamah insanı həlak edər, çünki tamahkar hərisliyinə görə ətrafında olan təhlükələri görməz və sürətlə irəli gedər.
5. Tamah insanın abırını aradan aparar və dəyərini nəzərlərdə alçardar. Çünki tamahkar insan öz məqsədinə çatmaq üçün ictimai məqamına diqqət etməz və boynuna zəncir salınmış əsir kimi o tərəf-bu tərəfə qaçar.
6. Tamah insanı bir çox günahlara salar. O cümlədən: yalan, xəyanət, zülm, insanların haqqını qəsb etmək...
7. Tamah insanı Allahdan uzaqlaşdırar və Allah bəndələrinin nəzərində onu kiçildər.
8. Tamahkar o qədər mal toplayar ki, ondan faydalanmaz, başqası faydalanar.
9. Tamah - insanın Allaha sui-zənn etməsinin nəticəsidir.

İmam Sadiq (ə) buyurur: "Əgər gözünün aydın olmasını istəyirsənsə, dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, başqalarının malik olduqlarından tamah gözünü çək".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri