Qadını kişi həkimə müayinə ola bilərmi?

Müəllif: Ayşə_gül
Şərhlər: 6
Baxılıb: 2 476
Səs ver:
(səs: 0)
Qadını qadın həkim, kişini də kişi həkim müayinə etməlidir. Zərurət hallarında qadın kişi həkimin, kişi də qadın həkimin yanında müayinə oluna bilər. Əsasən bu kimi hallar müraciət olunan xəstəxananın imkanlarının məhdudluğu, şəxsin maddi vəziyyəti, həkimlərin peşəkarlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Müracət etdiyimiz xəstəxananı və həkimi seçmə imkanlarını nəzərə alaraq kişilər mümkün qədər kişi həkimlərini, qadınlar da qadın həkimlərini tərcih etməsi daha məqsədəuyğundur.

Qadinlar.biz meneviyyat.az-a istinadən bildirir ki, bu bir reallıqdır ki, ölkəmizdə kişi həkimlərin xarici ölkələrə gedərək peşakarlıq və ixtisalarını artırma nisbəti qadınlara nəzərən daha çoxdur. Xəstələr də istər-istəməz peşakar həkimlərə dah çox etibar edirlər.

Ancaq burada kişi həkimin də öhdəsinə vəzifə düşür. Qadın xəstəni müayinə edərkən onunla özü arasında mümkün qədər naməhrəmlik sərhədini gözləməlidir. Yəni baxmalı, yaxud da toxunmalı olduğu yerə ehtiyac nisbətində baxıb-toxunmalı, ehtiyac olmayan yerlərə isə nə baxmalı, nə də toxunmalıdır. İmkan daxilində müayinə zamanı tibb bacısının köməyindən də istifadə etmək olar. Bu mövzuda fiqhi qayda belədir, zərurət halında yalnız verilən rüsxət nisbətində davranmaq olar. O rüsxətdən kənara çıxmaq yol verilməzdir[1].

İbn Abidin, "Haşiyəti Rəddil-Muxtar", 6/371.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri