Qızıldan diş düzəltdirmək caizdirmi?

Müəllif: Ayşə_gül
Şərhlər: 8
Baxılıb: 2 013
Səs ver:
(səs: 1)
Qızıldan diş düzəltdirmək caizdirmi?
Fəqihlər bu mövzuda aşağıdakı hadisəyə əsaslanaraq müəyyən hökmlər vermişlər. Cahiliyyə dönəmində Kulab adlı vadidə baş verən döyüşdə Arfəcənin burnu kəsilmiş və burnunun yerinə gümüşdən burun düzəldilmişdi. Lakin bundan iy gəldiyi üçün Rəsulullah (s.ə.s) ona qızıldan burun düzəltməyi əmr etmişdir. (Əbu Davud, Xatəm 7; Tirmizi, Libas 31.) İmam Azam isə bunun sadəcə Arfəcə üçün olduğunu, qızıldan diş düzəltdirməyin isə caiz olmadığını söyləmişdir. Lakin İmam Muhamməd dişləri qızıl tellə bağlamağı caiz görmüşdür. Ancaq məsələ müctəhid imamlarımızın zamanında günümüzdə olduğundan fərqli idi.

Qadinlar.biz meneviyyat.az-a istinadən bildirir ki, müasir alimlərdən də qızıl və gümüşün məcburiyyət qarşısında və ya ehtiyaca görə dişlərin müalicəsində istifadə oluna biləcəyini deyirlər. Ancaq bu bəzək və zinət üçün olarsa caiz deyildir. Bundan başqa günümüzdə dişlərin müalicəsində qızılın yerini tutacaq başqa maddələr olduğu və həkimlərimiz də sağlamlığımız baxımından onların istifadəsinin heç bir əks təsirinin olmadığını dedikləri üçün qızılın yerinə onların istifadəsi daha məqsədə uyğun olacaqdır.

Qısacası, dişlərin qızıldan düzəldilməsinə cəvaz verənlər olsa da, ehtiyatlı davranıb qızıldan istifadə etməmək daha yaxşı olar.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri