İslamda qadının ərinə qarşı vəzifələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 23 179
Səs ver:
(səs: 3)

1-Qənaət: Çünki qənaətkar olmaq ürək rahatlığının səbəbidir. Bir qadın arsızlıq və acgözlük edərək əfəndisini, özündən və evindən soyutmaqdan çəkinməlidir. Qənaət: kafi gələcək miqdar ilə kifayətlənmək tamahkarlık etməmək deməkdir.

2-Ərə itaət: Peyğəmbərimiz ( s. ə. s.)" bir qadın əri özündən məmnun olaraq ölsə cənnətə girər." buyurmuşlar.

3-Təmiz olma: Ərin görəcəyi yerlərə etina ilə diqqət yetirmək və təmizləmək lazımdır. Bilinməlidir ki, gözəllik və təmizliyi gətirən şeylərin ən gözəli sudur. Daim gözəl qoxular sürtməlidir.

4-Ehtiyacların qarşılanması: Ərin yemək yeyəcəyi vaxta diqqət yetirmək lazımdır. Yuxu saatın keçirməməlidir. Ərin adəti necədirsə o zamanlarda yemək və yatağını hazırlamaq lazımdır.

5-Malın qorunması: Ərin mal və əşyasını qorumalıdır, çünki mal və əşyanı qorumaq vacibdir.

6-Qohuma hörmət: Ərin qohumuna və yaxınlarına hörmət etmək. Çünki qadının ərin qohumuna və yaxınlarına hörmət etməsi, gözəl idarə və tədbirdən irəli gəlməkdədir.

7-Sirr saxlanması: Qadın ərindən əldə etdiyi sirrini heç kimə eşitdirməməlidir. Əgər eşitdirəcək olsa ərinin etimadını itirər.

8-Hörmət və yenə hörmət: Ərin əmrini yerinə yetirmək lazımdır. ona qarşı çıxmamaq və üsyankar olmamaq lazımdır. 

Ailə içində ər arvadın vəzifələri paylaşması: İslamda ailə, qorunması lazım olan müqəddəslərin başında iştirak edər. Bu səbəblə ailə başçısı boş buraxılmamış, fərdlərini qoruyacaq biri ailə başçısı olaraq ən başda məsul tutulmuşdur. Bu məsul insan, sözünü eşitdirəcək güc və qüvvətdə olmalıdır ki, ailədə həddini aşanları qanunilik xəttində mühafizə edib sözünü dinlədə bilsin.. Bu da ailə içində sözünü hər kəsə qəbul etdirəcək gücdə olan ata və ər olacaq.Başçısı  olduğu ailənin məsuliyyətlərini olanca ağırlığıyla yüklənən, dolanışığını təmin etmə vəzifəsini də çiyinlərinə alan insan deməkdir. Yəni ata və ərdir çöldə işləyib ,ailənin dolanışığını təmin etmə məsuliyyəti daşıyan.Xanım ailə başçısı  kimi çöl  işlərində işləyərək,dolanışıq təmin etmə məcburiyyətində deyil.


/Mənbə:Qadınlar.biz/

 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 23 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri