Ərim mənə bacımla xəynət etdi... - oxucu məktubu

Şərhlər:
Baxılıb: 19178
Paylaş:
Səs ver:
(səs: 4)
Çox dərdliyəm. Bir pis günündə adam dərdini bacısı ilə bölüşər, təsəlli və məsləhət alar...Mən bu hissdən də məhrumam. Xəyanətlərin ən dəhşətlisini yaşamışam.
Universiteti bitirdikdən sonra, iş axtarırdım. Bir firmada işə götürdülər məni, sevincimin həddi hüdudu yox idi, iş yerimdə bizim şöbəyə gənc bir oğan nəzarət edirdi. Elə ilk gündə aramızda xüsusi mehribançılıq yarandı, tez bir zamanda o mehribançılıq sevgiyə çevrildi, bir ay sonra elçi gəldilər, araşdırdıq yaxşi, həm də imkanlı ailələri vardı, 2 həftə nişanlı qaldıq,  sonra da toyumuz oldu...
Hər şey elə gözəl idi ki, ayrica evimiz, maşınımız, işimiz, çox xoşbəxt idik. Bir yaş məndən kiçik bacįm var, o bizə tez-tez gəlirdi, eyni şəhərdə yaşasaq da, bəzən həftələrlə bizdə qalırdı. Yoldaşım da onu çox istiyirdi, mehriban idilər, onların belə mehriban münasibəti məni sevindirirdi.
Beləcə, 8 ay keçdi...
Bir gün bacım yenə bizdə qalırdı, o salonda divanda yatmışdı, biz də yataq otağında, gecə ayıldım, yoldaşım yanımda yox idi, baxdım heç yerin işığı yanmırdı narahat oldum. Ayağa qaxdım, axtarmağa başladım, heç yerdə yox idi, tez salona keçdim ki, bacımı oyadam, şok oldum, bacımla yoldaşım mənə xəyanət edirlər. Məni gördülər, nəsə izah etməyə çalışdılar, heç nə eşitmirdim, ordan çıxıb atamgilə gəldim.
Hər şeyi onlara danışdım, söz-söhbətlər oldu...Və bacım mənim evimdə qaldı, atamgilə bir də qayıtmadı.
Işdən də çıxdım. Bacım, Indi mənim evimdə qalır, işlədiyim yerdə də işliyir.
Boşandım, bacım ərimlə evləndi.
Mən ağır depressiya keçirdim, hətta intihar belə etmək istədim. Hələ də özümə gəlməmişəm...Iki canımdan da çox sevdiyim insan mənə xəyanət etdi. Bacım mənim hər şeyimi əlimdən aldı...Onu heç vaxt bağışlamaram.
Yaşamaq istəmirəm, evdən heç yerə, çıxmıram, heç kimin üzünə baxa bilmirəm, çox utanıram. Gələcəyim necə olcaq, bilmirəm...Ölmək istəyirəm...Bunlardan sonra mən necə yaşaya bilərəm ki...

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 19178
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv