Sizcə mən xoşbəxtəmmi? - oxucu məktubu

Şərhlər: 8
Baxılıb: 5 321
Səs ver:
(səs: 3)
Salam. Anonim olaraq paylaşsanız sevinərəm. Məni maraqlandıran bir suala cavab tapmaq istəyirəm. Sizcə mən xoşbəxtəmmi????
2 il yarımdır ailə qurmuşam. Həyat yoldaşım çox , çox yaxşı insandır, ancaq qaynanamdan mənə Allahın günü yoxdur. Geyimimdən tutmuş hər şeyimə qarışır. Atamgil bizə gələndə sumkasını güdür, görüm nə gətiriblər. Bütün günü istəyir ki, onun yanında olum, bir rəfiqəmlə danışmayım, öz otağıma çəkilib 1 saat özümlə baş-başa qalmayım. Anam rəhmətə gedib, atamda da şəkər xəstəliyi var.Bütün günü ögey anama qeybət edir ki, qızın qaynana, qaynata ayağı yumur, saat 11-də gedib yatır, nə bilim e..hansını yazım bilmirəm ?! Atam da xəstə adamdır, fikir edir, şəkəri qalxır. Bax , bütün günü qabaqlarında qulam , çayını da süzməz özü, yatdığı yeri də yığmaz. Hörmətini saxlayıram, cavabını qaytarmıram, bəs mən bundan artıq nə edim , nə ?
Bezmişəm həyatdan , birdən çıxıb getməyim gəlir, amma yoldaşım yaxşı biri olduğu üçün dayanıram. Həm atam da xəstədir, ürəyi götürməz, ona görə də bütün günü lal-dinməz otururam , onlar televizorda nəyə baxsa, mən də ona baxıram, günüm maraqsız keçir. Mənə məsləhət verin, nə olar. Heç kimə dərdimi deyə bilmirəm.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 5 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri