Əcəlimi gözləmək çox çətindi... - oxucu məktubu

Şərhlər: 9
Baxılıb: 5 160
Səs ver:
(səs: 2)
Salam mən bu məktubu sizə yazmaqla dərdimi azda olsa yüngülləşdirmək və hər bir şəxsdən uşaq böyük fərq etməz, məsləhət almaq istəyirəm. Mənim 23 yaşım çox pisəm bu saat..
Həyatım çox acı, dözülməz olub. Özüm nə imkanlı, nə də kasıb ailənin qızıyam. Orta səviyyəli Azərbaycan ailəsində dünyaya gəlmişəm. Şükür indi atamın imkanı yaxşıdı. Bunları deməkdə məqsədim, yəni heç bir maddi çətinliyim yoxdu. Erkən yaşda nigaha girmişəm. Düzü öz istəyimlə olmuyub, amma məcbur da olub deyə bilmərəm. Evdən dediler, heç anlamırdım. Ailə nədi, amma "hə" dedim. Düzü hə deməyimə gərək yox idi. Hə deyilmişdi artıq. Mən biləndə. Ailə qurdum ilk bir ili çox xoşbəxt idim. Amma sonradan ailəm uğursuz oldu. Heç vaxt fikir çəkmirdim bununla bağlı qismət deyə düşünürdüm. Övladlarım oldu. düşünürdüm ki, övladlarım varsa, hər şey düzələr. Amma heç nə dəyişmədi. Yoldaşımla münasibətim normaldı. Amma ideal ailəmiz yoxdu. Biz evli olduğumuz müddətdə az bərabər yaşamışıq. Çünki anlaşa bilmirik. Çox pis günlər keçirirdim. Döyülmələr, zülmlər və nəhayət baş bəlası olan xərçəng xəstəliyini tapdım.  Bu məndə qorxudan yaranıb, Həkimlər belə deyirlər. Müalicələr aldım, hətta dərəcə kimi 2- ci dərəcə verildi xəstəliyimə. Bu xəstəlik mənim qanımdadı. Tək qan xərçəngi deyil, böyrəyimdə də problemim var. Hətta əməliyyat olmuşam. Bu saat çox pisəm. Arada ağrılarım çoxalır. Bu yaxınlarda həkimə müraciət etmişdim. O, mənə dedi ki,  şükür heç bir xəstəlik yoxdu. Sağalmısan. Çox sevinirdim. Uçmağa qanadım yox idi. Amma dünən ağrılarım yenə tutanda evdə eşitdim ki, artiq sayılı günlərim qalıb. Bu sözü anam dedi: - Artıq ağrıları başlayır. Mənim üçün dua etdi. Ya Rəbbi mənə bala dağı göstərmə. Mən anamın dediklərini arxa otaqdan eşitdim.  Bir neçə gün öncə yoldaşımın evinə qayıtmışdım. Amma çox qalmadım orada. Yenə atamın evinə gəldim. Həkimə getmək üçün. İstədim ki atamın evinən həkimə gedim. Mən indi düşünürəm ki,  intihar edim. Çox düşünürəm. İndi yaxşıyam. Amma bir azdan bəlli olmayan vaxtda tutur, ağrılarım. Dəhşətdir, heç bir ağrıya bənzəmir bu ağrı. Allah heç kimə yaşatmasın bu ağrıları...
Maddi vəziyyətimiz yaxşıdır. Heç bir maddi köməyə ehtiyacımız yoxdu. Müalicə oluram, ama onun da köməyi olmur. Siz mənə məsləhət verin. Mən intihar edim ya əcəlimi gözləyim? Artıq dözə bilmirəm bu ağrılara... Yaşamağa həvəsim qalmıyıb.
Xahiş edirəm məktubumu gülüş obyektinə çevirməyin. Əsəblərim normal deyil. Bəlkədə hamıya adi görünə bilər. Ama mənə böyük dərddi.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri