Böyüklərin cehiz davasına görə nişanlımla ayrıldıq - Oxucu məktubu

Müəllif: Antikvar
Şərhlər: 13
Baxılıb: 4 751
Səs ver:
(səs: 1)
"İki il əvvəl bir oğlanla tanış oldum. Münasibət qurduq. Sonra iş ciddiləşdi. Elçilik-filan... Nişanlandıq. Mənim ailəm elə də imkanlı ailə deyil. Yəni bahalı mebel, cehiz almaq iqtidarında deyildik. Amma hiss edirdim ki, oğlanın anası bir az şöhrətpərəstdir. Arada-sırada cehiz söhbətlərini birbaşa deməsə də, mənə, anama eşitdirirdi. Anamı qoymurdum ki, bu söhbətlərə görə onunla mübahisə edib, münasibətləri soyutsun. Deyirdim ki, yəqin düzələr, hər ailədə toy qabağı olur bu söz-söhbət. Bir gün oğlanın anası bizə gəldi, başladı cehizlərimi qurdalamağa ki, bəs nə almısınız, nə qoymusunuz? Sonra da cehizlərə baxdıqca, hərəsinə bir mız qoydu. Beləcə, anamla mübahisələri başladı. Günlərlə bu mübahisələr genişləndi. Biz nişanlımla ha çalışdıq ki, bu söhbətlərə fikir verməyək. Bir-birimizi çox istəyirdik. Böyüklərin cehiz davası, əsas da oğlanın anası artıq bizim məsələni prinsip məsələsinə gətirib çıxardı. Və beləcə, bağlar qırıldı. Nəhayət, biz ayrıldıq. İndi eşitmişəm ki, oğlan evlənib. Nişanlısı o qədər cehiz gətirib ki, oğlanın ata-anasının onlara aldıqları evə sığmayıb. Eyni narazılığı aldığı qızın anası edib ki, bəs böyük ev alardınız..."
 
Qəhrəmanımız Nigar Hacıyeva üzünün göstərilməsini istəməsə də, başına gələn bu əhvalatı çoxdan ictimailəşdirmək istədiyini bildirib. Nigar deyir ki, yaxınlarda bənzər hadisə ilə qarşılaşıb və bu, ona  daha öncə yaşadıqlarını xatırladıb. Başına gələnlərdən dərs çıxaran müsahibimiz deyir ki, yaşadığı bu problemi başqalarının da yaşamasını və hansısa əşyaya görə münasibətlərin korlanmasını istəmir. Biz də Nigarın müraciəti əsasında mövzunu gündəmə gətirdik.
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 4 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri