Həyat yoldaşımın başqa ailəsi olduğunu öyrəndim - oxucu məktubu

Şərhlər: 5
Baxılıb: 9 767
Səs ver:
(səs: 3)
Salam. Sizə yazmaqda məqsədim sizin də fikrinizi bilməkdir. Iki gündür çox pis haldayam .Sanki havadayam. Əlim yerdən göydən üzülüb. Demək,belə...
9 ildir ailəliyəm. Yoldaşım Rusiyada yaşayıb, işləyib. Sevib evlənməmişik. Ailəm yoldaşım ailəsi ilə tanış idi. Böyüklərin məsləhəti ilə ailə qurduq. 
Aramızda 10 yaş fərq var. Evləndikdən sonra məni də Rusiyaya gətirdi 1 ilə yaxın övladımız olmadı. Qaldım həkimlərdə, infeksiyadan müalicə götürdüm. Nə isə, bir qızımız dünyaya gəldi. Sevincimin həddi hüddudu yox idi. 1il keçmiş ikinci dəfə hamilə qaldım. Birdə oğlumuz dünyaya gəldi.
Pis dolanmırdıq. Yəni ailedə yüngül söz söhbətlerimiz olurdu, bu da çox uzun sürmürdü. Təzə vaxtlar onun gec gəlməsini həzm edə bilmirdim. O isə bunun işlə bağlı olduğuna məni inandırırdı. Bəzənsə söz söhbət olmasın deyə susurdum. Artıq qızım 1ci sinifə gedir. Oğlumsa gələn il gedəcək. 
Vəə.... Bu yaxınlarda tesadüf nəticəsində, onun bir ailəsi olduğunu örgənmişəm. Bütün dünyam yıxılıb. Üzünə baxa bilmirəm, heç nə də deməmişəm hələki. Necə edim? bilmirem. Susum və heç nə olmamış kimi həyatıma davam edimmi?Yoxsa hər şeyi onun üzünə deyim və son qoyum?Bes uşaqlarım?
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 9 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri